Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Heydər Əliyev Mərkəzinin memarı Çində 17 mlrd dollarlıq layihəyə imza atıb

Heydər Əliyev Mərkəzinin memarı Çində 17 mlrd dollarlıq layihəyə imza atıb

145
Paylaş

Təxminən 17 milyard dollara başa gələn Çinin yeni hava limanı Daxing-in açılışı reallaşıb.

Çinin Pekin şəhərində inşa edilən Daxing Aeroportu (PKX / ZBAD), prezident Si Tszinpinin qatıldığı mərasimlə istifadəyə verilib.

İnşaatı 5 ilə tamamlanan və təxminən 16,8 milyard dollara başa gələn hava limanının açılışı Çin Xalq Respublikasının 70 illik yubileyinin qeyd olunduğu vaxta təsadüf edib.

Dizaynı İngilis əsilli İraq vətəndaşı, memar Zaha Hadidə aid olan hava limanı ildə 72 milyon sərnişinə xidmət göstərmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycanın unikal memarlıq abidəsi olan Heydər Əliyev Mərkəzinin layihəsi də Zaha Hadidə məxsusdur.