Bahalı çantalar artıq təkcə dəbdəbə aksesuarı deyillər, belə ki, öz sahiblərinə çoxlu gəlir də gətriməyə başlayıblar. Keçən il Hermès çantaları 13% bahalaşıblar.
Knight Frank konsaltinq şirkətinin hesabatına görə, Hermès qadın kolleksiya çantaları 2019-cu ildə investisiya baxımından ən gəlirli dəbdəbə aksesuarı seçiliblər.
Hərçənd , Chanel və Louis Vuitton kimi digər qabaqcıl brendlərin çantaları kolleksiya üçün daha cəlbedici görünürlər, Hermès şirkətinin məhsulları daha baha qiymətə satılır və daha məhşur hesab olunurlar. Son 10 ildə həmin çantalar bütövlükdə 108% bahalaşıblar. Bunu Knight Frank şirkətinin incəsənət bazarının araşdırılması üzrə direktoru Sebatian Duti belə izah edib və hesabatın müəllifləri də bu qiymət artımını “vintaj”( köhnə üslub) əşyaların dəbə düşməsi və ifrat istehsaldan imtinanın trendə çevrilməsi ilə əlaqələndirirlər.
Hermès çantalarının qiyməti orta hesabla, 2000 – 12 000 dollardır. Brendin ən bahalı “Kelly” çantası keçən il Christie’s auksionunda 241 000 dollara satılıb. Tarixində ən bahalı çanta isə 2017-ci ildə həmin satış evində (hərrac) rekord 2,94 mln. honk-konq dollarına (382 000 dollar) satılan “Niloticus Crocodile Himalaya Birkin” modeli olub. Məhsul timsah dərisindən hazırlanıb və üzəri bahalı daş-qaşlarla bəzədilib.
Zəngin insanlar arasında aparılan sorğu onu göstərib ki, onlar dəbdəbəli kolleksiya aksesuarlarına yenə də yatırım etməkdə davam edəcəklər.