Çox vaxt sahibkarlar tələb olunan və onlara daim gəlir gətirə biləcək uğurlu startaplar tapmaqda çətinlik çəkirlər. Tələb təkliflərə yol açır. Buna görə də dünyada baş verən yenilikləri daim nəzarətdə saxlamaq əsas detallardan biridir. Belə bir qanunauyğunluq da var: hobbiyə köklənən biznes daha uğurludur.
Metyu Osborn və onun “itlərin ardınca təmizlik” biznesi
Oqayo ştatının sakini Metyu Osborn 1987-ci ildə qəribə biznes qurur – itlərin ardınca təmizləmək. Bu xidmət tələb olunan idi və əla gəlir gətirirdi. Biznes-ideya axtarışında olan Osborn-un ağlına belə bir maraqlı fikir gəlir: bölgədə çoxlu it saxlayan və ev heyvanları olsa da hər adam onların təbii ehtiyaclarının ardınca təmizlik etməkdən xoşlanmır. Buna görə də Metyu özü həyət-həyət gəzib natəmiz yerləri təmizləmək qərarına gəlir. Xidmətin qiyməti cəmi 10 dollar edirdi. Rəqabət olmadığından tələb artır. Osborn reklama demək olar ki, pul xərcləmir, qəzet elanları və dost-tanışlara bildirməklə kifayətlənir. Müştəri sayı artır və bir müddətdən sonra sahibkar içşilər və 6 yük maşını icarəyə götürür. Növbəti addım ofisin açılması olur. Hal-hazırda Osborn biznesi üçün franşiza satır və həftəlik dövriyyəsi yarım milyondur.
Freyzer Doerti nənəsinin mürəbbələrini satmaqla biznes qurur
Mürəbbə və cemlər hazırlayıb istehsal edən şotlandiyalı Freyzer Doerti artıq 14 yaşındadır. O əvvəlcə tortlar və piroqlar bişirib məktəbdə satmaqla biznesə başlayır. Bir müddət sonra isə nənəsinin hazırladığı mürəbbələri satmaq qərarına gəlir. O, dadlı mürəbbələr hazırlaya bilirdi və zamanla öz eksklüziv reseptlərini də təqdim edir.
Əvvəlcə mürəbbəni qonşulara, sonra isə fermer bazarlarında və kiçik mağazalarda satır. Bütün gəlirini mürəbbələrin və konservlərin istehsalı və qablaşdırılmasına xərcləyir. O, püre və şirə tərkibli şəkərsiz mürəbbə resepti hazırlayır. Bu ideyası ilə yerli bir fabrik rəhbərliyində maraq oyada bilir. Həmin vaxt fabrik iflasa uğramaq üzrə idi. Bu ideya əsasında həm fabrikə həm də Freyzerə böyük gəlir gətirən istehsala başlayırlar. Artıq 16 yaşında o, supermarketlər şəbəkəsi ilə razılıq imzalayır. Bugün onun mürəbbələri bütün dünya üzrə 2000-dən çox supermarketdə satılır, Freyzer Doertinin şirkətinin aylıq gəliri isə təxminən 2 mln. dollardır.
Wedding Wagon-da mobil toy mərasimi
Bu möhtəşəm biznes-ideya Las-Veqas sakinləri Endi Qonzalez və Ceyms Kess-ə məxsusdur. Onlar bir furqon icarəyə götürürlər və orada nikah nigah bağlayıb bir sıra məkanlar da təklif edirlər: mehmanxana, kazino, Las-Veqas meydanı. Şirkətin saytında nigah tarixini müəyyənləşdirmək və istənilən seçimləri etmək olar. 10 dəqiqəlik kəbin müddəti cəmi 10 dollar, tam mərasim isə 129 dollar edir.
Evdar xanım Kim Levin-in “qarğıdalı yastığı” biznesi
Kim Levin bir zamanlar adi evdar xanım idi, indi isə artıq iş xanımıdır. Belə ki, öz spa-yastıqları sayəsində milyonlar qazanır. İdeyası çox fərqlidir – Kim dənli bitkilərdən qarğıdalının daha uzun müddət istilik saxladığını görür və ondan əla terapiya effektinə malik yastıq düzəltmək qəraraına gəlir: o, əzələlərdə ağrını götürür, bədənə rahatlıq verir. Əvvəlcə yaxınları və dostları üçün hədiyyəlik yastıqlar hazırlayır, sonra isə bütün hokkey komandası yastıqlardan sifariş etməyə başlayır. Tələb artdıqdan sonra, Kim ideyasını patentləşdirir. Yastıqları artıq qarğıdalı yemi ilə deyil, daha yaxşı qoxulu və üstün keyfiyyətli qarğıdalı toxumları ilə doldurmağa başlayır. Artıq Amerikanın demək olar ki, 50 ştatında bu yastıqlardan hazırlanır.
Aleks Endon meduzaları ev heyvanı kimi satır
Jellyfish Art-ın qurucusu, bioloq Aleks Endon meduzaları araşdırıb və bu qeyri-adi heyvanlara artan maraq və tələbi görüb. Meduzaların ev heyvanı kimi satılması biznesinə başlamaq üçün Aleks 50 min dollar pul qoyur. Vəsaiti meduzaların saxlanması üçün xüsusi akvariumlara, onların bəslənildiyi müəssisələrə və şəbəkədə satılması üçün internet-mağazaya xərcləyir. Qoyulan pullar həm geri qayıdır, həm də meduzaların və digər müvafiq məhsulların satışından yarım milyon dollar gəlir əldə edə bilir.
Con Kaplar Yeni il ornamentli toxunma köynəklərdən biznes qurub
Bir dəfə amerikalı Con Kaplar Yeni il ərəfəsində özünə bayrama uyğun köynək tapmaq üçün çox gəzib-dolaşır, amma heçnə tapa bilmir. Məhz bu “problem” ona bayram ornametli toxunma geyimlər satışı üçün “Skedouche” saytını açmağa təkan verir. Bu ideyasının inkişafına Con 40 min dollar pul qoyur. O, Çində özünəməxsus dizaynlı, unikal sviterlər sifariş edir. Növbəti addım saytın təşviq edilməsi olur. Rəqabət olmadığı üçün ilk il, təxminən 600 sviter satılır. Hal-hazırda isə onlardan yüz minlərlə dollar gəlir əldə olunur
Kerolin Vilman lotereya iştirakçıları üçün məsləhətlərdən qazanc əldə edir
Evdar xanım Kerolin Vilman əyləncə kimi lotoreya oynamağa başlayır. Ondan yaxşı qazanc gəldiyini görən Vilman sistem hazırlayır və başqalarına da bu oyundan qazanmağın yollarını öyrətməklə gəlir əldə etmək fikrinə düşür. 2006-cı ildə o, “Cəhd etmədən qazana bilməzsiniz” adlı kitab nəşr edir. İnternet-mağaza yaradır və orada qazanma taktikalarından başqa, müxtəlif uğur gətirən kiçik atributlar, sehrli Kerolin kristalları satmağa başlayır. Deyilənə görə, onun bu biznes-ideyası sayəsində lotereya oyunundan təxminən 1 milyon dollar qazananlar olub.
Kris Kuri, Den Rella və Tom Derrou park etmə zolaqlarından biznes qurublar
Üç dizayner dost, maşın dayanacaqlarında yol zolaqlarının çəkilməsi ilə məşğul olmaq üçün bir şirkət yaradırlar. Bunun üçün xüsusi avadanlıq ərsəyə gətirirlər, çünki beləsi yox idi və olmadığına görə də avtopark şirkətləri zolaqların çəkilməsi zamanı problem yaşayırdılar. ABŞ-da yarım milyard avtopark onların fəaliyyət meydanına çevrilir. Hal-hazırda şirkət biznesini uğurla davam etdirir və başqa ştatlara franşizalar satır.
Sara Kaufmann və onun “pendir abidələri” biznesi
Gülməli səslənsə də “Pendir-ledi” ləqəbini almış heykəltəraş Sara Kaufmann öz hobbisini yaxşı gəlir gətirən qazanc mənbəyinə çevirə bilib. O, çedar və rokfor pendir çeşidlərindən heykəllər hazırlayır. 16 yaşında olarkən Sara pendir istehsalı ilə məşğul olur və elə buradan da onda bu məhsula maraq oyanır. Onun əl işlərinə tələb çoxdur, belə ki, onları müxtəlif tədbir və təntənəli mərasimlər üçün sifariş edirlər.