Əsas səhifə Biznes Biznes məqalələri “Heç kim məndən “Amazon” şirkətinin yaradılmasını istəməmişdi. Lakin dünya buna artıq hazır...

“Heç kim məndən “Amazon” şirkətinin yaradılmasını istəməmişdi. Lakin dünya buna artıq hazır idi”. Bezos sərmayəçilərə nədən bəhs edib?

314

“Amazon” un baş icraçı direktoru olan Jeff Bezos, səhmdarlara məktub yazıb. Bu məktubda milyarder öz rəqiblərini fəaliyyətə çağırdı – “Amazon” un müəyyən etdiyi əmək haqlarının səviyyəsini keçməyi təklif etdi.

Forbes jurnalının hesablamalarına görə, Jeff Bezos dünyanın ən varlı şəxsləri sırasında birinci yeri tutur. O, şirkətin səhmdarlarına məktub yazıb, orada milyarder 2018-ci ildəki uğur və məğlubiyyətlərdən bəhs edir. Biznesmenin ən maraqlı fikirlərini dərc edirik.

Qəddar satıcılar

Bezos-un fikrincə, “Amazon” vasitəçiliyi ilə fəaliyyət göstərən satıcıların payı 3%-dən (1999-cu il) 58%-ə qədər artıb. “Bir sözlə desək, satıcılar bizim birbaşa təchizatlara od qoyur. Çox sərt”, – deyə şirkətin icraçı direktoru çəkinmədən qeyd edir. Bezos rəqəmlərə dair açıqlama verir: 19 il ərzində şirkətin gəlirləri 73 dəfə artıb. Bu müddət ərzində “Amazon” vasitəçiliyi ilə fəaliyyət göstərən kiçik istehsalçıların da satışları artıb – 0,1 milyard dollardan 160 milyard dollara qədər.

Bəzən azmağımız gərəkdir

“Əgər gedəcəyin yeri dəqiq bilirsənsə, daha məhsuldar ola bilərsən. Qeyri-müəyyənlik – effektiv deyil”, – Bezos hesab edir. Eyni zamanda milyarder qeyd edir ki, azmalar olmasa, qeyri-adi və qeyri-tipik həll yollarını tapmaq çətin olar.

Gözləntiləri əvvəlcədən qarşılamaq

“Şirkətimizdə qurduğumuz hər bir şey, alıcıya qarşı diqqətə əsaslanır, – baş direktor davam edir. – Onlardan soruşun, diqqətlə dinləyin, bütün istəkləri nəzərə alın və bu istəkləri yerinə yetirmək üçün plan qurun. Biznesdə sürətli olmaq lazımdır!”. Lakin müəyyən hallarda istehlakçının gözləmədiyi məhsullar daha böyük effekt verir, Bezos yazır: “Heç kim bizdən “Amazon” un yaradılmasını istəməmişdi. Heç kim. Lakin məlum oldu ki, insanlar buna hazır idi və şirkətimizə oxşar bir şeyi arzu edirdi, özü bundan xəbərsiz olsa belə”.

Bezos nümunə kimi Alexa səs köməkçisi olan Echo kolonkasını misal çəkir, hansıki 2015-ci ildə bazara daxil olmuşdur. “Heç kim Echo istəməmişdi. Bu, bizim ideyamız idi. Əgər 2013-cü ildə alıcılara yaxınlaşaraq, sual versəydik: “Pringles bankası ölçüsündə qara silindrə sahib olmağa istəyirsiniz? Ona istədiyiniz zaman istədiyiniz sualı verə biləcəksiniz, o sizin üçün işığı və musiqini qoşa biləcək?”, əminəm ki, onlar bizə qəribə-qəribə baxaraq cavab verərdilər: “Yox, çox sağ olun”, – Bezos yazır. Və əlavə edir: hazırda dünya üzrə Alexa səs köməkçisinə malik olan 100 milyondan çox cihaz satılıb.

Səhvlər də vacibdir

“Şirkət böyüdükcə, etdiyiniz səhvlərin sayı da artır. Əgər bu baş vermirsə, dünyanı dəyişə biləcək bir şeyi heç vaxt yarada bilməyəcəksiniz”, – deyə Bezos səhmdarların ən sevmədiyi mövzuya keçir. Milyarder sərmayəçiləri sakitləşdirməyə çalışır: “Biz səhvlərə yuxarıdan aşağı baxmırıq. Biz onlardan dərs çıxarmağa çalışırıq”.

“Amazon hələki böyük oyunçu deyil”

Bezos-un fikrinə, “Amazon” qlobal riteylerdə kiçik oyunçu olaraq qalmaqdadır, onun payı birrəqəmli ədədlə təsvir olunur: “Fəaliyyət göstərdiyimiz hər bir ölkədə daha böyük riteylerlər vardır. Satışların 90%-i offlayn rejimdə həyata keçirilir”. Rəhbərin mövqeyinə görə, bu vəziyyəti kassa işçiləri olmayan Amazon Go mağazaları düzəldəcək. “Real riteylerin mənfi cəhəti böyük növbələrdir. Müştəriləri bu narahatlıqdan azad edin. Heç kim gözləməyi sevmir. Bizim mağazada, siz, almaq istədiyiniz bir şeyi götürüb rahat-rahat evə gedə bilərsiniz”, – direktor danışır. Onun sözlərinə görə, bu böyük çətinliklərlə həll olunan məsələlərdən biridir. Hazırda şirkətin bu mağazaları Çikaqo, San-Fransisko və Sietl ştatlarında fəaliyyət göstərirlər.

Rəqiblərinizi “döyüşə” çağırın

Rəhbər xüsus olaraq qeyd edir ki, 2018-ci ildə “Amazon” işçilərinin əmək haqqını 15 dollara qaldırıb. Bu, 350 000 işçinin daimi və müvəqqəti gəlirlərinin artmasına səbəb olub. Milyarder öz rəqiblərini “döyüşə” çağırır: “Rəqiblərimizi bizimlə yarışa girməyə çağırırıq! Əməkdaşlarınızın əmək haqqını saatda 16 dollara qədər artırın. Bu, bizim xeyrimizə olacaq bir yarışdır!”.

Bezos məktubunda nələrə toxunmadı

Bu məktub Bezos-un öz həyat yoldaşından ayrılmasından sonra yazılıb. Xatırladaq ki, tərəflərin gəldiyi razılığa görə şirkətin səhmlərinin 25%-i Mackenzie Bezos-a keçib. Bu, şirkətin direktorunun həyat yoldaşını dünya üzrə ən varlı qadınlardan birinə çevirmiş olur.

Məktubda bu haqda heç nə yazılmayıb.

 

 

1 rəy

Rəy bildir

Please enter your comment!
Please enter your name here