HBO hakerlərə 250 min $ təklif edib

Date:

Paylaş:

Haker hücumuna məruz qalmış HBO televiziya şəbəkəsi hakerlərə 250 min dollar təklif edib.

Lent.az-ın xəbərinə görə, bu barədə “Variety” saytı şirkətin müvafiq məktubuna əsasən məlumat yayıb. Məktub 27 iyul tarixlidir.

Hakerlərə pul təklifi HBO-ya qarşı irimiqyaslı haker hücumu ilə bağlı videonun yayılmasından sonra edilib. Televiziya şəbəkəsinin etikalı hakerləri həvəsləndirmə proqramı çərçivəsində bu pulu ödəyə biləcəyi bildirilib. HBO məsələni şərh etməyib.

Qeyd edək ki, hakerlər məşhur “Taxt oyunları” serialının 4-cü bölümünü və 5-ci bölümünün ssenarisini, eləcə də serial ulduzlarının şəxsi məlumatlarını internetdə yayıblar.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...