Hazır qəhvə paketləri yenidən geniş yayılmağa başlayıb – amerikan startapları içkinin dadına bir az da dad qatıblar və ona yeni nəsil istehlakçı cəlb etməyi bacarıblar. Bu barədə Bloomberg yazır.
ABŞ –ın Milli kofe assosasiyasının məlumatına görə, hazır qəhvələr hələ də az da olsa istifadə məhsulu olaraq qalmaqdadırlar – amerikalıların yalnız 6%-i mütəmadi olaraq ondan istifadə edir. Lakin , Amerikada bu kateqoriyanın pərakəndə satışı üç illik süqutdan sonra son illər artıb. Bu rəqəmləri Nielsen şirkətinin araşdırması göstərib. Satış və məhşurluq artımı xüsusən də 18-39 yaşlı insanlar arasında sürətli müşahidə olunub.
Starbucks –dan olan hazır qəhvələrin satışı, son on il ərzində süqut yaşayan hazır qəhvələrin bu yaxınlarda yenidən “bərpa” olunmasına təkan verib – Via Ready Brew qəhvə paketləri əvvəl 1 dollardan az qiymətə satılırdı və tam da qəhvə hazırlanmasına çox vaxt sərf edib gözləmək istəməyən insanlara görə idi.
Sudden qəhvə şirkətinin hazır qəhvə üzrə ixtisaslaşmış icraçı direktoru kimyəvi cəhətdən belə qəhvələrin dad və naturallıq baxımından təbii qəhvələrdən heç bir fərqi yoxdur.
Sudden-də deyirlər ki, onlar qəhvələrini “tezhazırlanan” deyil “kristallaşmış” adlandırmağa üstünlük verirlər. Şirkət artıq 5 milyon dollar cəlb edib. İcraçı direktor deyir ki, hazır qəhvələr bugün “ikinci fincan” problemini həll edir – o zaman ki, insanlar gündəlik qəhvə porsiyası axtarırlar, amma qəhvə hazırlayan məkanlara baş çəkmək istəmirlər.
İri şirkətlər də istehlakçıların hazır qəhvələrə artan marağını inkar etmirlər. Məsələn, Dunkin’Donuts bu hazır içkinin yeni növlərinin hazırlanması üzərində işləyir.