Biznes plan necə hazırlanır? Biznes plan qurmaq üçün nə etməli?

Date:

Paylaş:

Sahibkarın mövqeyindən

a) Bazis məlumat

b) Tələblər

c) Hazırlanması

I. Müəssisəyə dair ümumi məlumatlar

II. Layihənin təsviri

III. Bazarın planlaşdırılması, Bazar analizi, Satışın planlaşdırılması

IV. Xammalın əldə edilməsi

V. Hüquqi normalar

VI. İnvestisiya planı və investisiya xərcləri

VI. Dövriyyə-nəticə planlaşdırılması. Ümumi müəssisənin planlaşdırılması

VIII. Kapital axını planlaşdırılması

IX. Zəmanətlər

X. Digər sənədlər

A. Bazis məlumat

1 Biznes plan sizin planlaşdırılmış fəaliyyətinizin strukturlu izahıdır (biznes ideyası).

2 Konseptual yanaşmasız bisnez ideya olmur.

Biznes plan bir istinad nöqtəsi və nəzarət instrumenti kimi məqsədlərinizin nəzarətdə saxlanması və kreditin əsaslı olmasının bank tərəfindən dəyərləndirilməsi üçün lazımdır.

1 Bisnez plan aydın, məlumatlı və ətraflı şəkildə olmalı və özündə ən əsas məsələləri ehtiva etməlidir.

2 Biznes plan planlaşdırdığınızın fəaliyyətin bütün aspektlərini ehtiva etməlidir. Biznes planın təqdim edilməsi bankdan kredit tələb edilməsi üçün məcbüri şərtdir.

3 Biznes plana aid olan tələblər müxtəlif olur. Məsələn, əgər Siz bankdan büyük məbləğdə pul əldə etmək istəyirsinizsə, onda biznes plan üçün çəkilməli olan məsrəflər də böyük olur. Biznes planı banka təqdim etməzdən əvvəl onu yoxlatmalısınız. Əgər Sizin planlaşdırdığınız fəaliyyət növü üçün inkar cavabı gəlirsə, onda Siz şansınızı əldən vermiş sayılırsınız və adətən belə şəraitdə digər bank da Sizə ikinci şansı vermir.

 

B. Tələblər

1 Məzmun baxımından biznes plan özündə aşağıdakıları ehtiva etməlidir:

2 Müəssisə ilə bağlı ümumi məlumatlar (təsisatçılar, yeri, hüquqi forması, həmkarlar, patentlər və s.)

Yeni istehsal proqramının təsviri (Biznes ideya) bazar analizi, marketinq və satış konsepsiyası.

1 İnvestisiya planı, satış planı, xərc planı, kapital axını planı

2 Bu zaman yalnız müəssisənin ərazisini qeyd etmək kifayət etmir. Hər hansı bir ərazini seçdiyinizi əsaslandırmalı və həmçinin seçiminizin iqtisadi baxımdan müsbət, mənfi tərəflərini izah etməlisiniz.

3 Yeni yaradılan özəl müəssisələr üçün təsisçinin tərcümeyi halı mühümdür, kapital cəmiyyətlərində isə ən mühüm payçıların bildirilməsi kifayət edir.

4 Layihənin dəyərləndirilməsi onun perspektivləri və həmçinin sizin şəxsi bacarıqlarınızın əsasında baş verir.

5 Ola bilsin ki, Siz ən yaxşı bir ideyanı təqdim edirsiniz. Buna baxmayaraq öz mövqeyinizi inandırıcı formada çatdıra bilmirsinizsə, onda sizin imkanlar azalır. Bu, Sizin biznes planın bank üçün nəzərdə tutulduğu hala xüsusən aiddir.

6 Diqqət:

7 Banklar üzün nəzərdə tutulan əksər biznes planlar qənaət bəxş olmayan satış analizlərinə görə uğursuz olurlar. Sizin tərəfinizdən qeyd edilən bütün məsələlərin əlaqəli olması çox mühümdür – yalnız bir məsələ üzrə, məsələn maliyyə göstəriciləri ilə bağlı ifrat dərinliyə yol verməyin. Bütün məlumatlar və fikirlər əsaslandırılmış formada izah edilməlidir; məlumatları ətraflı və mənbələri ilə birlikdə təqdim edin.

8 Sizin məlumatlar əsasında bank tərəfindən Sizin layihə müsbət və ətraflı dəyərləndirililə bilməlidir.

 

C. Hazırlanması

1 Biznes planları Siz aidiyyatı olan xidmət sahələri ilə əməkdaşlıq əsasında hazırlaya bilərsiniz. Bu əksər hallar üçün xarakterikdir; Lazımi istehsal idarəçiliyi təhsiliniz olmadığı halda bank əsasın öz xidmətini təklif edir.

2 Xidmət təklifzisinin aidiyyatı olan iqtisadi, yaxud biznes idarəçiliyi təhsilinə, banklarla iş və biznes planların hazırlanması sahəsində təcrübəyə malik olmalıdır. Yalnız bu halda xidmət təklifçisi ideyalarınızın biznes planda öz ifadəsini tapması və düzgün əsaslandırılması üçün Sizə dəstək dura bilər.

C.I.1.Müəssisə ilə bağlı ümumi məlumatlar

Girişdə mövcud müəssisənin mümkün qədər ətrafı təsviri olmalıdır. Bu təsvir əsasında müəssisənin məqsədi, müəssisə daxilində tapşırıqların bölüşdürülməsi (orqaniqrammanı əlavə edin), həmçinin müəssisənin hüquqi forması və sahibkarlıq strukturu aydın olmalıdır.

Müəssisə ilə bağlı hüquqi icazə, yaxud məhdudiyyətlər varsa, bunlar qeyd edilməlidir.

C.I.2. Müəssisənin fəaliyyət istiqaməti:

1 Sizin müəssisə hazırda nə istehsal edir və satır?

2 Bu məhsulların Sizə təqdim etdiyi müsbət tərəflər hansılardır?

3 İnvestisiya ilə Siz hansı zəif tərəfləri aradan qaldırmaq istəyirsiniz?

C.I.3. Bazarda mövqeyi

1 Növbəti olaraq müəssisənin bazardakı mövqeyi ətraflı izah edilməlidir.

Bazarın tədqiqatı istiqamətində aparılmış araşdırmaların nəticələri bura aiddir.

1 Bura gələcək üçün bazarın dəyərləndirilməsi və mövcud rəqabət, həmçinin onun təsiri haqqında fikir də əlavə edilməlidir.

2 Bunun ardınca isə müştəri strukturu, müəssisənin satış yolları, reklam və marketinq tədbirləri haqqında məlumat gəlməlidir.

İlkin yaranan müəssisələr üçün bu məlumatlar layihə təsvirində güstərilməlidir.

 

C.1.4. İşçi heyətinin təcrübəsi

1 Sahibkarın, yaxud rəhbərliyin təcrübəsinə dair (təhsil, kvalifikasiya, yaşı, funksiyası) həmçinin müəssisənin işinə dair (məsələn, məhsul çeşidi) məlumatlar mühümdür.

Bunun davamı olaraq müəssisənin heyətinin strukturu (işçilərin sayı, fəaliyyəti, təhsili, yaş strukturu), həmçinin iş bazarındakı vəziyyəti qeyd etməklə tədricən planlaşdırılan, yaxud gözlənilən kadr siyasəti haqqında məlumat təqdim edilir.

C.I.5. Ərazi və infrastruktur

1 Müəssisə ərazisi haqqında məlumatlar müəssisə haqqında təqdim edilən ümumi məlumatları tamamlayır.

2 Burada ərazi sezimi həm müştərilərin, həmçinin tədarükçülərin (nəqliyyat xəttlərinə bağlılıq) mövqeyindən təqdim edilir.

3 Həmçinin seçilmiş ərazi əsasında gələcək üçün genişlənmək imkanlarının olması nəzərdə saxlanılır.

4 Müəssisənin fəaliyyət növündən asılı olaraq ərazidə enerji ilə təmin olunma imkanlarının mövcudluğu mühümdür ki, bunu da diqqətdə saxlamaq lazımdır.

5 Tədricən meydana çıxa biləcək bürokratik əngəlliklər də nəzərdə saxlanmalıdır.

C.II.1. Layihənin təsviri

1 Layihənin bütün müsbət və tədricən yarana biləcək mənfi cəhətləri ilə birlikdə dəqiq təsvir edilməsi mühümdür. Daha sonra isə layihənin həyata kezirilməsi üçün tələb edilən bütün şərtlər sadalanmalıdır.

2 İzahatınızı hissə-hissə elə qurun ki, hətta səthi biliyə malik bir şəxs belə Sizi başa düşsün.

3 İnvestisiya vəsaitləri seçiminizi əsaslandırın və bu əsasda artıq həll etdiyiniz problemləri vurğulayın, məsələn, tullantıların kənarlaşdırılması, yaxud bazarda dəyişikliklər.

4 İnvestisiya üçün vaxt planı müəyyənləşdirilməli və investisiyanın qarşısında duran maneələr yoxlanmalıdır.

 

2. Layihənin təsviri

Layihə İcrasının qrafik olaraq təsviri

Aylar

1

2

3

4

5

6

7

8

9

10

11

12

Kredit qərarı

X

Maşınların sifariş edilməsi

X

X

X

X

Hazırlıq işləri

X

X

X

X

Maşınların çatdırılması

X

Kapital ehtiyacı

X

İşçilərin təlimləndirilməsi

X

X

X

X

İşçilərin işə yanaşması

X

X

X

X

X

Satışın həvəsləndirilməsi tədbirləri

X

X

X

X

X

X

X

X

İstehsalın başlanması

X

 

C.II.1. Layihənin təsviri

Daha sonra isə layihənin məqsədi, planlaşdırılan layihə məqsədinə çatmaq üçün lazım olan vaxt, həmçinin layihənin icrası zamanı nəzərdə tutulan nəzarət mexanizmləri haqqında məlumat verilməlidir.

Bununla yanaşı mümkün risklər (maliyyə, ekoloji və texniki), həmçinin onların qarşısının alınması imkanları göstərilməli və dəyərləndirilməlidir.

 

C.III.1. Satış planı

İlk əvvəl bazarın araşdırılmasının aparılması optimal bir investisiya planının tərkib hissəsidir. Bu araşdırma ətraflı hesablamalar və müşahidələri özündə ehtiva edən bazar analizinə əsaslanır.

Bazarla bağlı araşdırmadan çıxış edərək bazarla bağlı özündə gələcəyə proqnoz verən fikir bildirilməlidir.

Belə bir araşdırmanın aparılması və bunun əsasında fikir söyləmək üçün bazardakı müştəri strukturu haqqında əvvəldən məlumatlı olmaq mühümdür.

 

C.III.2 Satış planı

Növbəti addım olaraq rəqiblə müqayisə aparılmalı və rəqibin təsiri dəyərləndirilməlidir.

Qeyd edilən addım atılandan sonra satış planı hazırlanmalıdır. Bu satış planı özündə paylaşdırma yollarını (satış ərazisi), satış strukturu (satışın təşkili), həmçinin satış strategiyası haqqında məlumatı ehtiva edir.

Satış planı əsasında aidiyyatı olan reklam və marketinq tədbirləri müəyyən edilməlidir.

 

C.III.3. Satış planı

Qiymətin formalaşdırılması mühüm bir faktordur.

Qiymətin optimal olaraq formalaşdırılması üçün istehsal xərcləri haqqında dəqiq məlumat mühümdür.

Bu xərclər əsasında qiymətin müəyyən edilməsi mümkün olmalıdır. Müəyyən edilmiş qiymət rəqiblərin qiyməti ilə müqayisə edilməlidir.

Belə bir qiymət mütəmadi olaraq nəzarətdə saxlanmalıdır (Preiscontrolling), belə ki vaxt keçdikcə xarici təsir vasitələri (istehsal xərcləri) dəyişə bilər.

 

C.IV.1 Xammalın əldə edilməsi

Yatırım etmək ərəfəsində xammalın əldə edilməsinə diqqət vermək lazımdır, çünki xammal çatışmazlığı neqativ təsirlərə səbəb ola bilər.

Bu səbəbdən belə bir problemlərin yarana bilməsi imkanları araşdırılmalıdır və əgər bu mümkündürsə, onda onları aradan qaldıracaq, yaxud ən azı məhdudlaşdıracaq tədbirlər müəyyən edilməlidir.

Xammal ilə bağlı olan riskin tam aradan qaldırılması mümkün deyilsə, onda xərclərin hesablanmasında risk xərcləri də nəzərə alınmalıdır. Xammal çatışmazlığını aradan qaldırmağa yönəlmiş alternativ həll yolları da xərclərə səbəb ola bilər.

 

C.V.1.Hüquqi normalar

Layihəyə başlamazdan öncə nəzərdə saxlanmalı olan hüquqi normaların olub olmaması yoxlanmalıdır.

Buna icazə prosedurları, həmçinin bundan sonra meydana çıxa biləcək hüquqi hallar aid ola bilər.

Hüquqi normalar üz növbəsində məhdudiyyətlər yarada bilər ki, bunlar da planlaşdırılmış layihəni gecikdirə, yaxud icrasına mane ola bilər. Bu hallar xərclərə səbəb olur ki, həmin xərclər isə xərclərin planlaşdırılmasında diqqətdə saxlanmalıdır.

 

C.VI.1. İnvestisiyanın təsviri

1 İnvestisiya planı çərçivəsində bütün xırdalıqlar, investisiya obyekti, ona aid olan bütün xərclər və maliyyə ehtiyacına aid olan vaxt müddəti ətraflı qeyd edilməlidir.

2 Layihə ilə bağlı planlaşdırmadan tutmuş ambar təhcizatına kimi nəzərdə tutduğunuz bütün xərcləri sadalayın.

3 Nəticələrinizi tam minliklərə yuvarlaqlaşdırın.

 

C.VI.2. İnvestisiya və xərc planı

Xərc planı çərçivəsində ayrı-ayrı məsələlər istər məzmun, istərsə də gələcəkdə gözlənilən dəyişikliklər baxımından ətraflı izah edilməlidir.

Planlaşdırılan investisiyaların xərc baxımından təsirləri də bura aiddir.

Ətraflı məlumatlar üçüncü tərəfə (bank) imkan verməlidir ki, xərc planının xırdalıqlarını, həmçinin investisiyanın təsirlərini anlasın.

Nəticələrinizi tam minliklərə yuvarlaqlaşdırın

 

C.VI.2. İnvestisiya və xərc planı ( yuvarlaqlaşdırılmayib)

İnvestisiya planı
Ay

1

2

3

4

5

6

Məbləğ
Kompyuterlər idarə edilən kəsici və dövrə maşınları

16 000

64 000

80 000

Kompyuterlə idarə olunan mişarlar

10 000

40 000

50 000

Tədarükdən öncəki tədbirlər (texniki hazırlıq, quraşdırma və təhlükəsizlik xərləri)

2 000

1 000

5 000

4 000

12 000

Amortizasiya xərcləri

28 000

1 000

5 000

108 000

0

0

142 000

Təhsil-təlimləndirmə xərcləri

1 500

1 500

1 500

500

5 000

Heyətin əmək haqqı xərcləri

1 500

1 500

3 000

3 000

3 000

12 000

Əmək haqqından irəli gələn xərclər

500

500

1 000

1 000

1 000

4 000

Digər Xərclər

1 000

1 000

1 000

3 000

Reklam xərcləri

1 000

2 000

2 000

1 000

1 000

7 000

Bürokratiya əngəllikləri

1 000

2 000

1 000

1 000

5 000

Xammal və hazır məhsul anbarı Hez biri
Ümumi xərclər

1 000

5 000

6 500

9 500

7 500

6 500

36 000

Ümumi investisiyadan asılı xərclər

29 000

6 000

11500

117 500

7 500

6 500

178 000

 

C.VI.1./2. Dövriyyənin təsviri

1 Nəzərdə tutulan layihə, həmçinin ümumi müəssisə daxil olmaqla burda bütün xərclər və gəlirlər güstərilir.

2 Yeni yaranan müəssisə üçün yalnız nəzərdə tutulan layihənin xərc və gəliri göstərilir.

3 Əvvəldən qeyd edilmiş və nəzərdə tutulan tədbirlə yaranan bütün xərcləri nəzərdə saxlayın

4 Tam minliklərə yuvarlaqlaşdırın

 

C.VI.1./2. Düvriyyə və qayıtmalar

Fəaliyyət ili, investi-siyasız

1-ci il  Investi-siya daxil olmaqla

2.ci il

3.cü il

4.cü il

5.ci il

Ümumi gəlirlər

755 000

800 000

905 000

1 070 000

1 272 500

1 505 000

Material

600 000

640 000

715 000

830 000

985 000

1 180 000

Əmək haqqı

80 000

84 600

89 600

94 600

99 600

104 600

Əmək haqqından irəli gələn xərclər

10 000

10 200

10 200

10 200

10 200

10 200

Xidmətlər

1 000

10 000

5 000

1 000

1 000

1 000

İcarə

10 000

10 000

10 000

10 000

10 000

10 000

Enerji

1 000

1 500

1 550

1 650

1 800

2 000

Maşın-avadanlığın gözlənilməsi

400

700

1 000

1 000

1 000

1 000

Sığorta

12 000

700

700

700

700

700

Reklam

500

5 000

5 000

5 000

5 000

5 000

Amortizasiya

12 000

19 100

26 200

26 200

26 200

26 200

Digər xərclər

22 000

15 000

25 000

25 000

25 000

Faizlər

7 000

7 000

7 000

5 000

2 000

a.o. Xərclər
Ümumi xərclər

748 900

788 800

886 250

1 012 350

1 170 500

1 367 700

Vergi çıxılmamış nəticə

6 100

11 200

18 750

57 650

102 000

137 300

Vergilər ( 25 % )

1 525

2 800

4 688

14 413

25 500

34 325

Vergidən sonra nəticə

4 575

8 400

14 063

43 238

76 500

102 975

Ödəmə imkanı

20 000

30 000

20 000

 

C.VIII. Kapital axını planı

İnvestisiya layihəsi üçün optimal maliyyə planı hazırlamaq üçün kapital axını planı mühümdür.

Kapital axını planına bütün gözlənilən ödəniş axınları daxil edilməlidir.

Kapital axını planı əsasında investisiya üçün tələb edilən qısa, orta və uzun müddətli maliyyə maliyyə ehtiyacı müəyyən edilir.

Kapital axını planı əsasında kredit almaq üçün ərizələr irəli sürülür və investisiya ehtiyatlarının istifadəsinə dair qərarlar verilir.

 

C.VIII.1./2 Kapital axını planı

1

2

3

4

5

6

7

7

9

10

11

12

Gəlirlər

75000

85000

75000

55000

50000

10000

20000

75000

85000

90000

90000

90 000

Şəxsi vəsaitlər

30000

2000

5000

63000

Kənar vəsaitlər uzun-müddətli

60000

Kənar vəsaitlər qısa-müddətli

20000

30000

Məbləğ

105000

87000

80000

178000

50000

30000

50000

75000

85000

90000

90000

90000

Fərq

2465

7 521

9704

6296

33521

36746

8367

12279

12571

7571

7571

6788

Məbləğ

102535

81944

75352

176352

18127

25127

46506

66215

81215

86215

86215

86998

Ümumi xərclər

74408

80817

70225

68225

18000

25000

45000

64708

79708

84 708

84708

85491

Vergilər ( 25 % )

127

127

127

127

127

127

340

340

340

340

340

340

Faizlər

1167

1 167

1167

1167

1167

1167

İnvesti-siya xərcləri

28000

1000

5000

108000

 

C.VIII.3. Maliyyə ehtiyacı

Bunun ardınca maliyyə ehtiyacının izahı və bu ehtiyacın şəxsi, yaxud kənar vəsaitlər hesabına örtülməsinə dair məlumat verilir. Bunun əsasında maliyyə ehtiyacının ödənməsi üçün qısa, orta, yaxud uzun müddətli maliyyə vəsaitlərinə ehtiyac olduğu müəyyən edilir və bu əsasda kredit ehtiyacının həcmi haqqında qərar verilir.

1 Şəraitə uyğun olaraq özündə müxtəlif növ maliyyələşdirmə və ümumi ehtiyacı əks etdirən cədvəl tərtib edin.

2 Dəyərlərinizi tam minlik rəqəmlərə yuvarlaqlaşdırın

 

C.IX. Zəmanətlər

Biznes plan zərzivəsində kreditin müqabilində müştəri tərəfindən bank üçün hansı zəmanətlərin təqdim edildiyi sadalanır.

Burada söhbət həm daşınan əmlakdan, həmçinin ödəniş tələblərinə olan güzəştdən gedə bilər. Azərbaycan Respublikasında hüquqi tənzimləmə çərçivəsinin inkişafından asılı olaraq, gələcəkdə daşınmaz əmlak da bura aid ola bilər.

Bu zəmanətlər güzəşt edilə, girov qoyula, yaxud sahibkarlıq hüququ ötürülə bilər.

Müştəri tərəfindən zəmanət üçün müəyyən edilmiş dəyər bildirilməlidir.

Dəyər haqqında məlumat verilərkən dəyərin müəyyən edilməsi üsulu izah edilməlidir ki, bununla bağlı aşağıdakı yanaşmalar tövsiyə edilir:

– Yeni dəyər (köhnə və bu günkü alış qiyməti)

– Alqı dəyəri (alındığı tarix daxil olmaqla)

– Kitab dəyəri (amortizasiyanın qeyd edilmə üsulu daxil olmaqla)

– Bazar dəyəri.

Dəyərin müəyyən edilməsi üçün digər bir üsul təqdim edilibsə, onda bu güstərilməlidir.

 

Zəmanət Yeni dəyər Alqı dəyəri Kitab dəyəri Bazar dəyəri Alındığı tarix Qeyd
Hobelbank 50.000,00 50.000,00 10.000,00 15.000,00 1/2001 Bazar dəyəri100.000,00 €(Avro) təşkil edir.

 

Kəsici emalatxana 150.000,0 130.000,00 40.000,00 12/1999
Dövriyyə maşınları 20.000,00 20.000,00 2.000,00 10.000,00 10/2001
Xüsusi mişarlar 70.000,00 70.000,00 35.000,00 12/2000
Hobelbank 50.000,00 50.000,00 50.000,00 50.000,00 Planlaşdırılan yatırımlar əsasında yeni alqı
Dövriyyə maşınları 80.000,00 80.000,00 80.000,00 80.000,00 Planlaşdırılan yatırımlar əsasında yeni alqı

C.X.Digər sənədlər

Biznes plana aşağıdakılar əlavə edilməlidir:

– Son illərin balans hesablamaları, həmçinin mənfəət və itki hesablamaları

– Plan balansları və planla bağlı olan mənfəət-itki hesablamaları

– Kapital axını planı

– İnvestisiya perspektivləri

– Texniki planlar

– Sahibkarın tərcümeyi halı.

D. Məzmun

1 Müştərinin biznes planı əsasında bank müəssisənin maliyyə vəziyyətini hərtərəfli və ətraflı dəyərləndirə bilməlidir.

2 Dəyərləndirmə imkanı müəssisənin hazırkı vəziyyətinə, həmçinin gələcək inkişafına aiddir. Bununla bağlı olaraq rəqəmlərlə yanaşı, onların məzmun mahiyyəti qeyd edilməlidir.

3 Planda göstərilən rəqəmlər hərtərəfli olaraq əsasladırılmalıdır.

E. Tələblər

Dəyərləndirməyə imkan verəcək bütün mühüm rəqəmləri və əsaslandırmaları özündə ehtiva edən tamamlanmış bir biznes planın olması bank üçün mühümdür.

Rəqəmlər və əsaslandırmalar bank üçün anlaşıqlı olmalıdır.

Qəbul edilmiş eyni formada biznes planların hazırlanması tövsiyə edilir, Belə ki bu, banka müqayisə etmək imkanı verir. Eyni əsaslar üzərində hazırlanmış biznes planları bank tərəfindən həyata keçirilməli olan analiz və yoxlamaları asanlaşdırır.

 

F. Yoxlama C.I.

İlk öncə bank müştəri tərəfindən müəssisə ilə əlaqədar təqdim edilmiş ümumi məlumatların tamlığını yoxlayır.

Bura xüsusən aiddir

– Firmanın adlandırılması

– Sahibkarla bağlı şəxsi məlumatlar

– Əlaqə adresi və telefon nümrəsi

– İcazələr və bildirişlər (qeydiyyat, vergi nümrəsi və s.) daxil olmaqla müəssisənin hüquqi forması

– Mövcud bank əlaqələri.

 

F. Yoxlama C.I.

Yoxlamanın diggətdə saxladığı mövzular:

1 Məlumatların tamlığı.

2 Məlumatlar əsasında müştərinin aydın identifikasiyasının mümkünlüyü.

3 Bankla əlaqəsi dedikdə müəssisənin mövcud bank əlaqələsinin forması (kredit) və keyfiyyəti (məlumat, yaxud sorğu mümkündürmü?) haqqında sual nəzərdə tutulur.

4 Digər bank əlaqəsi ilə əlaqədar balans hesabatlarının yoxlanması.

 

F. Yoxlama C.I – C.X digər yanaşma üsulları

Növbəti addım biznes plana dair mahiyyət məlumatlarının, onların tamlığının və anlaşıqlı olmasının yoxlanmasıdır.

Bunun ardınca isə qısa formada izah edilir ki, hansı məlumatları bank gözləyir və xüsusən qiymətləndirir, yaxud bunların əsasında ümumi dəyərləndirmək üçün bank tərəfindən hansı nəticələr əldə edilir.

 

F. Yoxlama C.I.

Yoxlamanın diqqətdə saxladığı mövzular:

1 Biznes planın müştəri tərəfindən imzalanması.

2 Biznes planın vaxt baxımından aktuallığı.

3 Biznes planın müştəri, yaxud üçüncü tərəf vasitəsi ilə hazırlanması (üçüncü tərəfin keyfiyyəti?).

4 Əlaqə saxlamaq üçün aidiyyatı olan şəxsin müəyyən edilməsi.

F. Yoxlama C.I.1.

Ümumi məlumatlar

a) Müəssisəyə dair məlumatlar

Təqdim edilən məlumatlar əsasında müəssisənin kim tərəfindən və hansı iş məqsədi üçün yarandığı bank üçün aydın olmalıdır.

Müəssisə üçün seçilmiş hüquqi forma sahibkarlıq və sahibkarlıq münasibətlərinin aydınlığı baxımından mühümdür.

Yoxlamanın diqqətdə saxladığı mövzular:

1 Sahibkarların müəssisə ilə əlaqədar olan maraqları hansılardır.

2 Sahibkar, yaxud sahibkarların digər müəssisələrdə payları varmı.

3 Sahibkarların digər (şəxsi) mülkiyyətləri varmı.

4 Müəssisə qarşısında başqa bir asılılıq dururmu.

F.  Yoxlama C.I.2.

b) Müəssisənin ixtisaslaşdığı sahə

Məlumatlar müəssisənin istehsal fəaliyyətinin, yaxud tapşırıq sahəsinin dəyərləndirilməsinə xidmət edir.

c) Kadr siyasəti

Verilmiş məlumatlar əsasında işçi heyət strukturunun, planlaşdırılan dəyişikliklər (məsələn; yaş və təhsil strukturu, işçi heyətinin azaldılması, yaxud artırılması) daxil olmaqla keyfiyyət və kəmiyyət baxımından dəyərləndirilməsi mümkün olmalıdır.

 

F. Yoxlama C.I.3.

d) Bazarda mövqeyi

Bu məlumatlar əsasında bank, müəssisənin istehsal, müştəri strukturu və həmçinin rəqabət baxımından  bazarda mövqeyi haqqında dəyərləndirmə apara bilir.

Təqdim edilən məlumatlar müəssisənin yarandığı və inkişaf vaxtlarını, həmçinin hazırki durumunu əhatə edir.

Yoxlamanın diqqətdə saxladığı mövzular:

Malların bazarda yaxşı satılması imkanları.

1 Müəssisənin istehsal fəaliyyətinin müştəri strukturuna uyğunluğu.

2 Keyfiyyət nəzarətinin mövcudluğu (müştəri sorğusunun aparılması).

3 Müəssisənin bazarda baş vermiş dəyişikliklərə uyğunlaşdırılması.

4 Gələcək üçün planın olması

5 Rəqabətin müşahidəsi aparılırmı.

6 İstehsal fəaliyyətinin dəyərləndirilməsi üçün olan məlumatların inandırıcı və kifayət qədər olması.

 

F. Yoxlama C.I.4.

Yoxlamanın diqqət mərkəzində olan mövzular:

1 Müəssisənin idarəsi üçün sahibkar kifayət qədər ixtisas bacarığına malikdirmi, yaxud bu tapşırığın yerinə yetirilməsi üçün müəssisədə lazımi ixtisas bacarığına malik olan şəxs varmı.

2 Tapşırıq sahəsinin dəyərləndirilməsi üçün olan məlumatlar inandırıcı və kifayət qədərdirmi.

Yoxlamanın diqqət mərkəzində olan mövzular:

1 Yaş strukturu ilə əlaqədar problemlərin olması (növbəti işçi nəsil heyətinin olması?).

2 Heyət miqdarının tarşırığın həcminə uyğun olması.

3 Heyətin bacarıq keyfiyyətinin lazımi səviyyədə olması.

4 Satış və inzibatı idarə etmə arasında münasibət tarazlaşdırılıbmı.

5 Şəxsi heyətlə bağlı dəyişikliklər bazarda baş verən tədrici dəyişiklikləri nəzərdə tuturmu.

F. Yoxlama C.I.5.

e. İnfrastruktur

Müştərinin verdiyi cavablar əsasında bank, verilmiş ərazisinin nə üçün seçildiyini və seçilmiş ərazinin müştəri, həmkarlar, tədarükçülər və istehsal üçün hansı faydalar təqdim etdiyini müəyyən edir.

Məlumatlar əsasında seçilmiş ərazinin gələcək üçün hansı inkişaf imkanları təqdim etməsi, seçilmiş ərazi ilə bağlı hazırda, yaxud gələcəkdə hansısa problemlərin ola bilməsi məsələləri aydınlaşdırılır.

Yoxlamanın diqqət mərkəzində olan mövzular:

1 Ərazi müştəri strukturuna uyğundurmu.

2 Müştəri mütəmadiliyi və nəqliyyat texniki bağlantılar.

3 Tədarükçülər üçün giriş və çıxış yollarının, yükləmə və boşaltma imkanlarının olması.

4 Otaqların böyüklüyünün, yaxud kiçikliyinin ölçülməsi.

5 Rezervlərin mövcudluğu.

F. Yoxlama C.II.1

2. Layihənin təsviri

Layihənin bütün mümkün təsirləri ilə birlikdə dəqiq izahı, həmçinin müştəri tərəfindən tədbirlə bağlı verilmiş qərarın səbəblərinin hərtərəfli təsviri bank üçün mühümdür.

Bank qarşısında duran tapşırıq layihənin mahiyyətini anlamaq və digər məlumatlar əsasında onun həyata keçmə imkanlarının ağlabatan olmasını aydınlaşdırmaqdır.

Yoxlamanın diqqət mərkəzində duran mövzular:

1 Müştəri tərəfindən təqdim edilən izahın inandırıcı olub-olması.

2 Müştəri tərəfindən bütün mühüm məsələlərin qavranılması və nəzərdə tutulması.

3 Müştərinin müsbət qərarı əsaslandırıla bilirmi.

Layihənin məqsədi

Verilmiş məlumatlar banka təqdim edilən məqsədi müsbət dəyərləndirməyə imkan verməlidir. Verilmiş vəsaitlərin məqsədə nail olmaq üçün uyğun olması yoxlanılır və həmçinin verilmiş məqsədə çatmağın qarşısında dura biləcək maneələrin meydana gələ bilməsi diqqətdə saxlanılır. Həmçinin nəzərdə tutulmalıdır ki, sahibkar məqsədə çatmaqla bağlı vaxtında lazımi tədbirlərin görülməsinə imkan verəcək nəzarət mexanizmi həyata keçirsin.

Yoxlamanın diqqət mərkəzində duran mövzular:

1 Məqsədin real, yaxud həddindən artıq optimal izah edilməsi.

2 Maneələrin dərk edilməsi və diqqətdə saxlanması.

3 Məqsədə çatma mexanizminə nəzarətin olması.

4 Məqsədə çatma istiqamətində təhlükə yaranarsa, bunun aradan qaldırlması üçün tədbirlər planının olması.

5 Layihə ilə bağlı risklər

Adətən özü tərəfindən müsbət dəyərləndirilmiş layihə risklərinin müştəri tərəfindən müəyyən edilməsi çətin olur. Bunu nəzərə alaraq bank bu məsələ ilə bağlı xüsusən tənqidi yanaşmalı və yarana biləcək risklərin aradan qaldırılması üçün müştəriyə məsləhət xidməti göstərməlidir. Belə bir məsləhət əksər hallarda sığorta razılaşmasıdır. Bu razılaşma riskin məhdudlaşdırılması ilə yanaşı, xidmət sahəsində uğurlu satış layihəsinin həyata keçməsi deməkdir.

Yoxlamanın diqqət mərkəzində olan mövzular:

1 Risklərin olması

Ekoloji risklər (məs.; ətraf mühitə zərərli mallar)

Maliyyə riskləri (məs.; borc tələbləri)

Texniki risklər (məs.; Maşınların sıradan çıxması)

2 Müştəri tərəfindən bütün risklərin düzgün tanınması və dəyərləndirilməsi.

3 Risklərin məhdudlaşdırılması üçün tədbirlərin kifayət qədər olması.

4 Mümkün risklərin maliyyə baxımından olan təsirlərinin xərclər hesabatında nəzərə alınması.

F. Yoxlama C.III.1.

a) Bazarın öyrənilməsi

Məhsulun bazar imkanlarını və investisiyanın perspektivlərinin düzgün dəyərləndirilməsi üçün, bank bazara dair müştəri tərəfindən təqdim edilmiş məlumatlar və bazarın dəyərləndirilməsi hesabatı ilə məşğul olmalıdır. Bununla bağlı rəqabət və onun bazardakı təsiri mövzuları da əhəmiyyət kəsb edir.

Yoxlamanın diqqət mərkəzində olan mövzular:

1 Bazarın öyrənilməsi həyata keçirilibmi və kim tərəfindən.

2 Müştəri tərəfindən bazarın dəyərləndirilməsi realdırmı.

3 Müştəri bazardakı rəqabəti lazımi səviyyədə nəzərə alıbmı.

Yoxlamanın diqqət mərkəzində olan mövzular:

1 Bazarda tələbatın olması.

2 Müştəri tərəfindən görülən tədbirlərin uğurlu satış üçün şərait yaratması.

3 Uğurlu satış üçün tələb edilən vaxt müddətinin müştəri tərəfindən real əsaslarla dəyərləndirilməsi.

F. Yoxlama C.III.2.

b) Satış planı

Müştərinin təqdim etdiyi məlumatlar əsasında bank, müştəri tərəfindən satışın inkişafı üçün görülən tədbirlərin  planlaşdırılan zaman müddətində layihə məqsədinə çatmaq üçün kifayət edib etmədiyini araşdırır.

Yoxlamanın diqqət mərkəzində saxladığı mövzular:

1 Satış konsepsiyasının bazar üçün adəti şəkildə olması

2 Ərizəzinin bu satış konsepsiyası ilə təcrübəsinin olması

3 Malın alınması üçün məqsəd qrupunun kifayət qədər pul vəsaitinə malik olması

4 Məqsəd qrupu nə qədər büyükdür və necə bülünür

F. Yoxlama C.III.3.

Yoxlamanın diqqət mərkəzində olan mövzular:

1 Müştəri tərəfindən təqdim edilən məlumatlar aydın olmalıdır ki, bunun əsasında bank layihədə göstərilən qiymət formalaşma mexanizminin ən azı xərcləri örtən və mövcud bazarda həyata keçirilə bilən olduğu halda fikir söyləyə bilsin. Həmçinin real görünə bilən xərc və istehsal hesablamaları təqdim edilməlidir.

2 Qiymət güstərilən hesablamaya, həmçinin mənfəət həddinə uyğundurmu.

3 Qiymət bazarda reallaşdırıla bilərmi.

4 Rəqiblərin qiyməti necədir.

F. Yoxlama C.IV.

6. Xammal əldə edilməsi

Xammal ehtiyacı

Müştəri tərəfindən təqdim edilən məlumatlar əsasında istehsal üçün lazım olan xammal əldə edilməsi zamanı tədarüklə bağlı problemlərin yaranması ehtimalı bank tərəfindən dəyərləndirilir. Problemin yaranma ehtimalı halında isə müştəri tərəfindən preventiv lazımi tədbirlərin görülmüş olması araşdırılır.

Eyni zamanda həmin problemlərin müxtəlif aspektli təsirləri, xüsusən maliyyə yünümlü təsirləri araşdırılmalıdır.

Yoxlamanın diqqət mərkəzində duran mövzular:

1 Xammal problemləri yarana bilərmi.

2 Müştəri xammal problemlərini nəzərə alıbmı.

3 Xammal problemləri yaranacağı hal üçün preventiv tədbirlər həyata keçirilibmi.

4 Xammal problemlərinin maliyyə təsirləri xərc planında nəzərə alınıbmı.

F. Yoxlama C.V.

3. Hüquqi normalar

a) Hüquqi şərtlər

b) Hüquqi məhdudiyyətlər

Hüquqi normaların və məhdudiyyətlərin tamlığı, həmçinin bu normaların əsasında yarana biləcək maliyyə və digər yönümlü dəyişikliklərin layihəyə təsiri və bütün bunların biznes planda nəzərdə tutulması bank tərəfindən yoxlanılır.

Yoxlamanın diqqət mərkəzində duran mövzular:

1 Hüquqi icazələr tələb edilirmi, edilirsə onda bu icazələr artıq varmı.

2 Hüquqi öhdəliklər, yaxud icazələrlə bağlı əvvəllər problemlər olubmu.

3 Hüquqi normaların maliyyə yönümlü təsirləri olubmu və əgər olubsa, onda bunlar nəzərə alınıbmı.

F. YoxlamaC.VI.1.

Burada təqdim edilən məlumatlar əsasan layihə məqsədinə aid olmaqla banka layihənin dəyərləndirilməsinə kümək edir. Burada layihənin həyata kezirilməsi, xğsusən nəzərdə tutulmuş zaman çərçivəsi daxilində onun reallaşması bir daha tənqidi olaraq araşdırılmalıdır.

F. Yoxlama C.VI.1.

Yoxlamanın diqqət mərkəzində duran mövzular:

1 Hesablamanın düzgünlüyü.

2 Bütün xərclər tam şəkildə göstərilibmi.

3 Vaxt cədvəli işin icrası baxımından real əsaslara söykənirmi.

4 Vaxt ehtiyatları, yaxud alternativlər nəzərdə tutulubmu.

F. Yoxlama C.VI.2.

Müştəri, investisiyanın maliyyə baxımından layihənin icrası çərçivəsində nə cür bölüşdürüldüyünü izah etməlidir.  Bu hesablamanı, həmçinin xərc planının və investisiya əsasında əldə edilməsi ümid edilən gəlirlərin dəyərləndirilməsi bank tərəfindən həyata keçirilməlidir.

Yoxlamanın diqqət mərkəzində duran mövzular:

1 Hesablamanın düzgünlü.

2 İşin icrası müddəti real əsaslara söykənirmi və vaxt baxımından bütün xərclər tam güstərilibmi.

3 Məlumatlar xərc planına uyğundurmu.

F. Yoxlama C.VI.3.

d) Maliyyə ehtiyacı

Müştəri tərəfindən həyata keçirilməli olan xərclərin hesablanması, həmçiknin onunla əlaqədar olan maliyyə ehtiyacı bank üçün yoxlanılmalı olan mühüm bir məsələdir. Bütün birbaşa və dolayı xərclərin real əsaslar çərçivəsində hərtərəfli şəkildə xərclərin hesablanması planına daxil edilməsi mühümdür. Buraya planlaşdırılan layihə ilə bağlı olan bir dəfəlik, həmçinin cari xərclər aiddir.

Yoxlamanın diqqət mərkəzində duran mövzular:

1 Hesablamanın düzgünlüyü.

2 Xərclərin, xüsusən dolayı xərclərin tam şəkildə nəzərə alınması.

3 Müştərinin ifadələrinin tam və inandırıcı olması.

4 Müştəri proqnozlarının real əsaslara söykənmiş olması.

F. Yoxlama C.VII.1./2.

Mğştəri tərəfindən hərtərəfli hazırlanmış xərc planı/gəlirlərlə bağlı proqnoz hesbatı təqdim edilməlməsi gözlənilir. Bununla bağlı olaraq bütün mümkün olan gəlirlər və xərclər göstərilməli, həmçinin onların mahiyyəti aydın izah edilməlidir. Ayrı-ayrı məsələləri əhatə edən dəyişikliklər, xüsusən gözlənilən gəlirlərin artımı ilə əlaqədar olan fikirlər əsaslandırılmalıdır.

Yoxlamanın diqqət mərkəzində olan mövzular:

1 Hesablamanın düzgünlüyü.

2 Bütün gəlir və xərclərin tam və vaxt planlaşdırılmasına uyğun olaraq göstərilməsi.

3 Proqnozlaşdırılan rəqəmlərlə bağlı (dövriyyə dəyişiklikləri) olaraq müştərinin məlumatlarının tamlığı və inandırıcı olması.

4 Gəlir dəyişiklikləri xərc dəyişikliklərinə uyğun olaraq göstərilirmi (məsələn; satış və material alınmasından gələn gəlirlər).

Kapital axını planı biznes planın mühüm tərkib hissəsidir. Kapital axını planlaşdırılması çərçivəsində müştəri bütün ödəmə axınlarını vaxt bölgüsünə uyğun olaraq aylıq əsasda 1-ci il, yaxud 2-ci fəaliyyət ili üçün müəyyən edir və bu əsasda invesitisiya ilə bağlı olaraq ödəmə imkanları, həmçinin maliyyə ehtiyacı aydın olur.

Qeyd edilənlərlə bağlı müştəri tərəfindən hərtərəfli izahat gözlənilir.

Yoxlamanın diqqət mərkəzində duran mövzular:

1 Hesablamanın düzgünlüyü.

2 Bütün üdəniş axınlarının tam və vaxta uyğun olaraq qeyd edilməsi.

3 Müştərinin məlumatlarının tam və inandırıcı olması.

4 Ödəmə imkanlarının həmişə lazımi səviyyədə olması.

5 Planlaşdırılmış maliyyə ehtiyacının kifayət etməsi.

Bu yoxlama zamanı ayrıca tapşırıq sahələri arasında şərti bağlantı yaradılır

  • Maliyyə ehtiyacı
  • İcranın planlaşdırılması
  • İnvestisiya planı
  • Xərc planı/Gəlirin proqnozlaşdırılması
  • Kapital axını planı

Şərti bağlantı əsasında ayrıca rəqəm göstəricilərinin və onlarla bağlı olan məlumatların bir biri ilə əlaqəli olması, həmçinin eyni əsasa söykənməsi yoxlanılır.

V   F. Yoxlama C.VIII.1./2.

Yoxlamanın diqqət mərkəzində duran mövzular:

1 Aşağıdakıların əlaqəli olaraq eyni əsaslar üzərində qurulması:

-İnvestisiya xərcləri

-Gəlir və xərclərdəki dəyişikliklər

-Dövriyyə ilə bağlı dəyişiklilklər

-Vaxt planı

-Əsaslandırmalar

-Nəticələr

F. Yoxlama C.IX.1.-6.

Mğştəri tərəfindən kreditin mümkün ola bilən sığortalanması (zəmanətlər) ilə əlaqədar məlumatlar təqdim edilməlidir. Bununla yanaşı təqdim edilən zəmanətlərin dəyəri, həmin dəyərin müəyyən edilməsi metodu və zəmanətin sahibkarı bildirilməlidir.

Bank dəyərin müştəri tərəfindən müəyyən edilməsi metodunu, həmçinin kredit verilməsi zamanı həmin metodun istifadə edilməsi imkanını araşdırır.

Yoxlamanın diqqət mərkəzində duran mövzular:

1 Sahibkarlıq məsələsi

2 Zəmanətin saxlanması üçün hüquqi imkanlarən əldə edilməsi

3 Dəyərin müəyyən edilməsi

4 Dəyərdən düşmə

5 Kommersiya imkanları

6 Reallaşdırma zamanı zəmanətin dəyəri

F. Yoxlama C.X.

10. Avadanlıqlar

Biznes plana əlavə olaraq mğştəri tərəfindən digər tamamlayıcı sənədlərin təqdim edilməsi gözlənilir.

Bunlara aiddir:

  • Gəlir və itki hesablamaları planları
  • Kapital axını planı
  • Balanslar, gəlir və itki hesablamarı
  • İnvestisiya perspektivləri
  • Texniki planlar
  • Tərcümeyi hal

Bank qeyd edilən sənədləri hərtərəfli araşdırmalıdır. Gəlir və itki hesablaması, həmçinin plana aid olan məlumatlar arasında əlaqəliyin yoxlanması daxil olmaqla balansın analiz edilməsi bura aiddir.

Gələcəkdə eyni müştərilər, müştəri qrupları, yaxud sahələr və ya məhsulları bir biri ilə ilə müqayisə etmək arzu edilir. Bunun üçün bu məlumatların yığılması və elektronik işlənməsi mühümdür.

Yoxlama diqqətində duran mövzular:

1 Müştəri tərəfindən investisiya prospektləri, texniki planlar, tərcümeyi hal və s. təqdim edilən əlavə sənədlər bank tərəfindən ətraflı araşdırılmalıdır.

Son nəticə olaraq bank müştəri tərəfindən bütün müsbət, mənfi tərəflərin biznes planda ətraflı təsvirinin keyfiyyəti, həmçinin mümkün ola biləcək risklərin lazımi dəyərləndirilməsi haqqında qərar verir və eyni zamanda müştəri tərəfindən planlaşdırılan layihənin həyata keçməsi istiqamətində özünün rolunu müəyyən edir.

hazir biznes planlar, biznes plan pdf, heyvandarliq biznes plan, biznes plan qurmaq, biznes plan kitab, biznes plan model, plan nece qurulur, biznes planın mahiyyəti

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...