Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər “Hayat pharm” birgə müəssisəsi bu ilin dekabr ayında istehsala başlayacaq

“Hayat pharm” birgə müəssisəsi bu ilin dekabr ayında istehsala başlayacaq

360
Paylaş

Azərbaycan-Rusiya birgə müəssisəsi olan «Hayat pharm» 2018-ci ilin dekabr ayında istismara veriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.

«Dekabrda layihənin birinci mərhələsi olan “Dərman vasitələrinin qablaşdırılması” istehsal xətti istismara veriləcək», – deyə məlumatda bildirilir.

Müəssisənin təməli 2016-cı ilin noyabr ayında Pirallahı Sənaye Parkı ərazisində qoyulub. Zavodun illik istehsal gücü 22,5 mln. qablaşdırma və ya 500 mln. ədəd həb və kapsul təşkil edəcək. İlkin mərhələdə zavodda 89 adda dərman preparatları istehsal olunacaq.

“Hayat Pharm” şirkətinin təsisçiləri “Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Vita-A” və Rusiya Federasiyasının “R-Pharm” şirkətidir. Zavodun investisiya dəyəri $74 mln. təşkil edir.

İstehsal ediləcək məhsulların Gürcüstan, İran, Türkiyə, Almaniya, İsveçrə, Ukrayna və Mərkəzi Asiya bazarlarında satışının təşkili planlaşdırılır.

“Azərbaycan İnvestisiya Şirkəti” ASC 2006-cı il martın 30-da Azərbaycan prezidentinin fərmanı ilə təsis edilib. Şirkətin nizamnamə kapitalı 160 mln. manata bərabərdir. Şirkətin bütün səhmləri dövlətə məxsusdur. ASC-nin başlıca vəzifəsi iqtisadiyyatın qeyri-neft sektorunda fəaliyyət göstərən ayrı-ayrı ASC-lərdə və başqa kommersiya təşkilatlarında pay almaqla onların uzunmüddətli sərmayələşdirilməsidir.

Pirallahı Sənaye Parkı prezident İlham Əliyevin2016-cı il14 sentyabrtarixli sərəncamı ilə yaradılıb. Parkın yaradılmasında məqsədölkədə qeyri-neft sənaye sahələrinin davamlı inkişafını təmin etmək, sənaye sahəsində sahibkarlığı dəstəkləmək, qabaqcıl texnologiyalara əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin yaradılmasını təşkil etmək, əczaçılıq sənayesini inkişaf etdirmək və dəstəkləmək, əczaçılıq məhsullarının idxalından asılılığı azaltmaq, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsində yerli istehsalı təşviq etmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaqdır.