Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Havaların quraq keçməsi limona mənfi təsir göstərib

Havaların quraq keçməsi limona mənfi təsir göstərib

125

Lənkəranın sitrus bağlarında limon yığımına başlanılıb.

Yay mövsümündə havaların quraq keçməsi limon bağlarında məhsuldarlığa təsir etməsə də, məhsulun həcminə təsirsiz ötüşməyib.

Ancaq bu, sitrusçuluqla məşğul olan fermerləri və məhsul istehsalçılarını bir o qədər də narahat etmir. Bağlarda bol məhsul yetişib.

Məhsul istehsalçıları yetişdirdikləri limonu əsasən yerli və ətraf rayonların, Bakının bazarlarında satışa çıxarırlar.

Xarici ölkələrdən gətirilmiş limonlar yerli məhsulun bazarına təsir etsə də, ancaq fermerlər nikbindirlər. Çünki may ayına qədər ağacda saxlanılan limonun qiyməti yüksələcək.

Hazırda isə bir ədəd limonun qiyməti növündən və həcmindən asılı olaraq 0,20-1 manatdır.

Marja

Rəy bildir

Please enter your comment!
Please enter your name here