Əsas səhifə Biznes Havadan pul qazanan təşəbbüskar

Havadan pul qazanan təşəbbüskar

953
Paylaş

Böyük şəhərlərin çirkli havası bəzilərinin biznes qurmasına səbəb olur.

Hər il dünyada 5-7 milyon insanın çirkli havadan öldüyü dünyada yalnız Çin və Hindistanda bu səbəblə ildə 3 milyona yaxın insan həyatını itirir.

Vəziyyət belə olduğu halda insanlar artıq təmiz havanı pulla almaq məcburiyyətində qalırlar. Vitality şirkəti Kanadanın dağ havasını 8 litrlik qutularda 24 dollara satır. Şirkətin rəhbəri Moses Lam qablaşdırılmış havanı ilk dəfə zarafatla hədiyyə etdiyini daha sonra isə buna tələbin artdığını gördüyü üçün satışa başladığını bildirir.