“Harvey” və “İrma” qasırğaları ABŞ-a 300 mlrd. dollar zərər vurub

Date:

Paylaş:

ABŞ-ın Texas ştatına “Harvey”, Florida ştatına isə “İrma” qasırğasının vurduğu zərərin 290 mlrd. dollar təşkil etdiyi ehtimal olunur.

“Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu ehtimalı “AccuWeather” beynəlxalq hava proqnozu şirkəti yayıb. Bu da ölkənin ÜDM-nin təxminən 1,6%-nə bərabərdir.

“AccuWeather”in rəhbəri Coel N.Mayersin (Joel N. Myers) açıqlamasına görə, qasırğaların zərər vurduğu bölgələrdə işsizlik kəskin artacaq, benzin və yanacaq bahalaşacaq. Mayers “İrma” qasırğasının sentyabrın 14-dən etibarən təsir gücünü itirəcəyini qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın “Goldman Sachs” bankı qasırğaların ABŞ-ın III rüb iqtisadi artım göstəricisinə mənfi təsir edəcəyini bildirib. Bank ABŞ-ın III rüb iqtisadi artım proqnozunu 2,8%-dən 2%-ə endirib. Bununla yanaşı, “Goldman Sachs” qasırğaların vurduğu zərərin bərpa edilməsi prosesinə başlanması ilə artacaq iqtisadi fəallığın IV rübdə ÜDM-ə 0,4 faiz bəndi səviyyəsində əlavə müsbət təsir edəcəyini proqnozlaşdırır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...