Əsas səhifə Xəbərlər Xarici xəbərlər “Harrods”da 2,5 min dollardan baha mal alanlar Santa-Klausla görüşə biləcəklər

“Harrods”da 2,5 min dollardan baha mal alanlar Santa-Klausla görüşə biləcəklər

39

“Harrods” univermağı zərgərlik əşyaları brendi Swarovski ilə birgə əməkdaşlıqla Santa-Klauslu yeni il mağarası açacaq. İşçilərin sözlərinə görə, mağara “parlaq sürprizlərlə dolu qarlı meşə”ni xatırladacaq. “Harrods”-da min dollar xərcləyən müştərilər bura dəvət əldə edəcəklər.

Dəvəti qazanmaq üçün alıcılar Green 2 Tier səviyyəsinə çatmalı olacaqlar. Bu isə o deməkdir ki,müştəri 1 yanvardan 26 avqusta kimi 2,5 min dollardan baha mal alıb. Həmin müştərilər Santa-Klausdan da xüsusi hədiyyə alacaqlar.

Qeyd edək ki, üç yaşa qədər olan uşaqlar “Harrods”-da Santa-Klausu pulsuz görə biləcəklər, üç yaşdan böyük uşaqlar üçünsə bilet 25 dollar olacaq. Univermaq nümayəndəsi deyib ki, bilet almaq imkanı olmayanlar ödənişsiz giriş uduşu qazana biləcəklər. Amma mağazanın saytından bildirilib ki, bütün bütün yerlər artıq tutulub.

The Guardian xəbər verir ki, müştərilərin qəzəbindən sonra “Harrods” bir neçə ay ərzində 2,5 dollardan az pul xərcləyib mal alan 160 ailənin də Santa-Klausla görüşməsinə razı olub.

 

Rəy bildir

Please enter your comment!
Please enter your name here