Əsas səhifə Biznes Harley-Davidson şirkəti Ducati-ni 1,5 milyard avroya ala bilər

Harley-Davidson şirkəti Ducati-ni 1,5 milyard avroya ala bilər

648
Paylaş

Motoistehsalçı Harley-Davidson şirkəti italyan Ducati şirkətini Volkswagen-dən almağı planlaşdırır. Müqavilənin dəyəri 1,5 milyard avro dəyərində qiymətləndirilir.

Harley-Davidson müqavilənin həyata keçirilməsi üçün Goldman Sachs-dan analitiklər cəlb etmək istəyir. Bununla yanaşı, şirkəti bir neçə investisiya fondları da əldə etməyi planlaşdırır. Bunlar içərisində Hindistanın motosiklet istehsalçısı Bajaj Auto şirkəti də var.

Volkswagen Ducati-nin satılması ilə bağlı təklifi aktivin keçmiş sahibi Investindustrial fondu da daxil olmaqla bir neçə şirkətlərə göndərib.

©banker