Əsas səhifə Biznes Hansı şirkətlər Koronavirus Fonduna pul ayırıb – MƏBLƏĞLƏR

Hansı şirkətlər Koronavirus Fonduna pul ayırıb – MƏBLƏĞLƏR

34
Paylaş

Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə qaydasında göstərilib ki, Fondun vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

Fonda könüllü ödəmə edən şirkətlər:

NEQSOL Holding  – 5 milyon manat 

Azercell Telecom – 2 milyon manat

PAŞA Holding – 2 milyon manat

Akkord Korporasiyası– 1 milyon manat

AzeriMed  – 200 min manat

Siyəzən Broyler – 197 min manat

Kontakt Home – 50 min manat

Mətanət A – 50 min manat

İrşad Electronics – 30 min manat

189 TAXI – 10 min manat

Akkord Sənaye Tikinti  İnvestisiya Korporasiyası – 1 milyon manat

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrılıb.