Paytaxt ərazisində 2015-ci ilin fevral ayından 2017-ci ilin fevral ayına kimi torpaq bazarında təklif 19,4% artıb və nəticədə bazara satış üçün təklif olunan elanların sayı 437-ə qalxıb. Müqayisədə 2014-cü ilin mart ayında bazara çıxarılan torpaq sahələrin elanlarının sayı 815 elan olub. Beləliklə, 2014-cü ilin mart ayından 2017-ci ilin fevral ayına kimi torpaq bazarında 46% enmə müşahidə olunur.
Bizplus.az “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinə istinadən xəbər verir ki, 2017-ci ilin fevral ayında ümumi təklif portfelində rayonların payı aşağıdakı kimi olub:
Diaqramda göründüyü kimi, təklif portfelində satışa çıxarılan torpaq sahələri əsasən Sabunçu (29,7%) və Xəzər (28,2%) rayonlarında yerləşirlər. Növbəti böyük paya malik olan rayonlar Suraxanı (15,9%) və Binəqədi (12,6%) rayonlarıdır. Qeyd etdiyimiz rayonlarda üstünlüyü əsasən fərdi yaşayış və bağ evləri təşkil edir.
Səbail – Xətai, Nizami – Qaradağ rayonları üzrə təklifin göstəricisi müvafiq olaraq 3,8% və 1,8% təşkil edib. Ən az paya sahib olan rayonlar Nərimanov (1,0%), Yasamal (0,8%), Pirallahı (0,5%) və Nəsimi (0,3%) rayonları qeydə alınmışdır. Səbail, Xətai, Nizami, Yasamal və Nəsimi rayonlarında torpaq sahələri əsasən çoxmərtəbəli binalar ilə inşa olunub və boş torpaq sahələri çox az saydadır.
Pirallahı və Qaradağ rayonları üzrə torpaq bazarında təkliflər olmasına baxmayaraq, həmin ərazilərə tələbat azdır.
Təklif portfelinin torpağın sahəsi üzrə pay bölgüsü:
Təklif portfelinin əsas payını “kiçik sahəli torpaqlar 0-10 sot” tutur – 70,8%. Növbəti paya malik olan “orta sahəli torpaqlar 10-100 sot” 28,8% təşkil edir. Ən az paya sahib olan “böyük sahəli torpaqlar 101-700 sot” torpaq sahələridir 0,4%.
Beləliklə, Bakı şəhəri rayonları üzrə satışa çıxarılan torpaq sahələri, əsasən, kiçik sahəli torpaqlardır.
Həmçinin qeyd etmək lazımdır ki, təklif olunandan torpaq sahələri “kupçalı” və “kupçasız” sənədlə bazara çıxarılıb, beləliklə “kupçalı” torpaqların payı 73% təşkil edib, “kupçasız” isə 27%.
2017-ci ilin fevral ayında torpaq bazarındakı qiymətləri təqdim edirik:
Rayon | Qəsəbə | 1 sotun qiyməti (AZN) |
Sabunçu | Bilgəh qəs. | 3 904 |
Bilgəh qəs. dəniz kənarı | 16 717 | |
Zabrat | 6 338 | |
Ramana | 3 783 | |
Bakıxanov | 33 519 | |
Nardaran | 8500 | |
Nardaran dəniz kənarı | 15000-20000 | |
Savalan qəs. | 9 000 | |
Kürdəxanı qəs. | 2 000 | |
Suraxanı | Hövsan | 5 177 |
Bülbülə qəs | 17 500 | |
Yeni Suraxanı qəs. | 3 867 | |
Əmircan qəs. | 10 571 | |
Yeni günəşli | 11 000 | |
Dədə Qorqud | 2 000 | |
Bahar qəs. | 4500 | |
Qaracuxur qes | 16 997 | |
Səbail | Badamdar 3 massiv | 22 030 |
Xətai | Əhmədli | 27 143 |
H.Aslanon qəs. | 34 797 | |
Xəzər | Dübəndi | 2 800 |
Qala | 3 175 | |
Binə qəs. | 3 139 | |
Binə qəs. (Mərdəkan şossesi uzerinde) | 9 875 | |
Qala | 3 175 | |
Mərdəkan | 6 622 | |
Buzovna | 6 983 | |
Şüvəlan | 4 333 | |
Türkən | 2 100 | |
Zirə | 1 767 | |
Şağan | 11 500 | |
Yasamal | Yeni Yasamal qəs. | 18 571 |
Pirallahı | Gürgan qəsəbəsi | 5 000 |
Binəqədi | 6-cı mikrorayon | 37 500 |
8-ci mikrorayon | 111 250 | |
9-cu mikrorayon | 16 125 | |
Biləcəri qəs. | 11 943 | |
Binəqədi qəs. | 7 104 | |
Rəsulzadə qəs. | 8 595 | |
Sulutəpə qəs. | 6 802 |