Əsas səhifə Biznes Hansı rayonda torpaq neçəyədir?

Hansı rayonda torpaq neçəyədir?

1837
Paylaş

Paytaxt ərazisində 2015-ci ilin fevral ayından 2017-ci ilin fevral ayına kimi torpaq bazarında təklif 19,4% artıb və nəticədə bazara satış üçün təklif olunan elanların sayı 437-ə qalxıb. Müqayisədə 2014-cü ilin mart ayında bazara  çıxarılan torpaq sahələrin elanlarının sayı 815 elan olub. Beləliklə, 2014-cü ilin mart ayından 2017-ci ilin fevral ayına kimi torpaq bazarında 46% enmə müşahidə olunur.

Bizplus.az “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinə istinadən xəbər verir ki, 2017-ci ilin fevral ayında ümumi təklif portfelində rayonların payı aşağıdakı kimi olub:

Diaqramda göründüyü kimi, təklif portfelində satışa çıxarılan torpaq sahələri əsasən Sabunçu (29,7%) və Xəzər (28,2%) rayonlarında yerləşirlər. Növbəti böyük paya malik olan rayonlar Suraxanı (15,9%) və Binəqədi (12,6%) rayonlarıdır. Qeyd etdiyimiz rayonlarda üstünlüyü əsasən fərdi yaşayış və bağ evləri təşkil edir.

Səbail – Xətai, Nizami – Qaradağ  rayonları üzrə təklifin göstəricisi müvafiq olaraq 3,8% və 1,8% təşkil edib. Ən az paya sahib olan rayonlar Nərimanov (1,0%), Yasamal (0,8%), Pirallahı (0,5%) və Nəsimi (0,3%) rayonları qeydə alınmışdır. Səbail, Xətai, Nizami, Yasamal və Nəsimi rayonlarında torpaq sahələri əsasən çoxmərtəbəli binalar ilə inşa olunub və boş torpaq sahələri çox az saydadır.

Pirallahı və Qaradağ rayonları üzrə torpaq bazarında təkliflər olmasına baxmayaraq, həmin ərazilərə tələbat azdır.

Təklif portfelinin torpağın sahəsi üzrə pay bölgüsü:

Təklif portfelinin əsas payını “kiçik sahəli torpaqlar 0-10 sot” tutur – 70,8%. Növbəti paya malik olan “orta sahəli torpaqlar 10-100 sot”  28,8% təşkil edir. Ən az paya sahib olan “böyük sahəli torpaqlar 101-700 sot” torpaq sahələridir 0,4%.

Beləliklə, Bakı şəhəri rayonları üzrə satışa çıxarılan torpaq sahələri, əsasən, kiçik sahəli torpaqlardır.

Həmçinin qeyd etmək lazımdır ki, təklif olunandan torpaq sahələri “kupçalı” və “kupçasız” sənədlə bazara çıxarılıb, beləliklə “kupçalı” torpaqların payı 73% təşkil edib, “kupçasız” isə 27%.

2017-ci ilin fevral ayında torpaq bazarındakı qiymətləri təqdim edirik:

RayonQəsəbə1 sotun qiyməti (AZN)
SabunçuBilgəh qəs.3 904
Bilgəh qəs. dəniz kənarı16 717
Zabrat6 338
Ramana3 783
Bakıxanov33 519
Nardaran8500
Nardaran dəniz kənarı15000-20000
Savalan qəs.9 000
Kürdəxanı qəs.2 000
SuraxanıHövsan5 177
Bülbülə qəs17 500
Yeni Suraxanı qəs.3 867
Əmircan qəs.10 571
Yeni günəşli11 000
Dədə Qorqud2 000
Bahar qəs.4500
Qaracuxur qes16 997
SəbailBadamdar 3 massiv22 030
XətaiƏhmədli27 143
H.Aslanon qəs.34 797
XəzərDübəndi2 800
Qala3 175
Binə qəs.3 139
Binə qəs. (Mərdəkan şossesi uzerinde)9 875
Qala3 175
Mərdəkan6 622
Buzovna6 983
Şüvəlan4 333
Türkən2 100
Zirə1 767
Şağan11 500
YasamalYeni Yasamal qəs.18 571
PirallahıGürgan qəsəbəsi5 000
Binəqədi6-cı mikrorayon37 500
8-ci mikrorayon111 250
9-cu mikrorayon16 125
Biləcəri qəs.11 943
Binəqədi qəs.7 104
Rəsulzadə qəs.8 595
Sulutəpə qəs.6 802