Hamı qəhvənin zərərli təsirindən danışır, bəs faydaları?

2
846

Edinburq universitetindəki araşdırmalara görə PDSS2 geninə malik olan insanların kofeini parçalama qabiliyyəti olduqca aşağı olur. Kofein bədəndə qaldıqca yavaş-yavaş parçalandığından insanın daxili aləmində kofein ehtiyyacını artırır.  Ona görə də bu genə malik olan insanlar  daha çox qəhvə istəməsi nəzərə çarpır. İtaliyada edilən  bir araşdırmada isə bu genə malik olan və olmayan iki insan müşahidə edilir.  Nəticə göstərir ki, PDSS2 olmayan insan olan inasandan bir fincan az qəhvə içir. Bəs gündəlik içdiyimiz qəhvənin hansı faydalı cəhətləri var?

1.İfadə gücümüzü artırır.

Adətən bir kitab oxuyan insanlar, bir də qəhvə içən insanlar səlist danışıq qabiliyyətinə malik olur. Yəqin fikir vermisiniz, kitab oxuya-oxuya aradabir qəhvə yudumlayan insanlar öz düşüncələrini daha rahat və aydın yolla qarşısındakı insanı başa sala bilir.

2.Sağlam yaşayışın əsas şərti.

İdman sağlamlığın cöhvəridir deyirlər, lakin qəhvə içməkdə sağlamlığıma kömək edir. Hər gün gümrah qalmaq  üçün qəhvədən istifadə etmək faydalı olacaqdır.  Eyni zamanda qəhvənin Azərbaycanda ən çox insan ölümünə səbəb olan II tip şəkər xəstəliyinin azalmasında yardımçı olduğunu bilirdinizmi?

3.Yaddaşı gücləndirir.

Qəhvə içdiyimiz  zaman bədənlə yanaşı, beyin hüceyrələrimizdə gümrah olur. Bildiyimiz kimi, insan elə bir varlıqdır ki, yorğun olduğu zaman heç nə yaddaşında qalmır. Qəhvə bu dərdə çarədir.

4.Xoşbəxtlik fincanlarımızda 🙂

İnsanlar düşünür ki, əsl xoşbəxtlik şokoladdadır. Amma  araşdırmalara görə gündəlik qəhvə içənlərin 50% i daha az intihara məruz qalır .

5.Diqqətimizi artırır.

Dərs başlamazdan və ya uzun tapşırığı etməzdən əvvəl qəhvə bəzilərimiz üçün önəmli rol oynayır.  Hətta məşhur biznes dahilərinin fikrinə görə günə qəhvə ilə başlayan insanların günün sonunda qarşısına qoyulan bütün öhdəlikləri etmək şansı daha çoxdur.

Hikmət Əliyev. Bakı mühəndislik universiteti

2 COMMENTS

  1. 801940 832303Of course like your internet site but you need to have to check the spelling on several of your posts. Several of them are rife with spelling problems and I discover it quite bothersome to tell the truth nevertheless Ill undoubtedly come back once more. 813300