Hamı elə düşünür ki, bankda çalışırsansa milyonlar qazanırsan

Date:

Paylaş:

Bank mütəxəssisələri arasında yaxşı bilinən 10 məsələ

Hansı ixtisası oxuduğunuzun fərqi yoxdur, hər kəsin yolu bankdan keçir. Bankda işləmək üçünmütləq iqtisadiyyat oxumaq məcburiyyətində deyilsən. Çox dostum var ki, bu sahə ilə yaxından-uzaqdan əlaqəsi olmasa belə bankda çalışır. Elə məsələlər var ki, onlar hər bankda işləyənin başına gəlib. Bunları dostlarım arasındakı söhbətlərdən bilirəm. Bu məqalədə, həmin məsələlərdən onu ilə sizləri tanış edəcəm.

1. Əlimizə milyonlar keçsə də, qəpik –quruş üçün işləmək

Hamı elə düşünür ki, bankda çalışırsansa milyonlar qazanırsan. Axı onlar gündə minlərlə pul üzərində əməliyyat həyata keçirir.  Amma məsələ belə deyil, bank əməkdaşları işlədiyi gərgin işə görə,  bəlkə də qarşısındakı müştəridən belə az qazanır.

2. Kassaya gələn  hər xala əgər kassir qızdırsa “sən nə qəşəy qızsan bəlkə səni oğluma alım?” deməsi

Elə xalalar var ki, banka kredit almağa yox, oğluna qız tapmağa gəlir. Bank əməkdaşları arasında  hansı gözəl qızı görsə, onun subay olduğunu, evini, ailəsini falan öyrənər. Sanki xalanın ali məqsədi oğlunu qız  bank mütəxəssisi ilə evləndirməkdir.

3. Bank sistemi deyə bir şey var, əgər nəsə problem varsa sistemin üzərinə atmaq

Bu sistemki var, çox qəliz məsələdi.  Həm qəlizdi, həm də ki problemli. Bank işçisi üçün hər şeyin günahkarı sistemdir. Əməliyyat gecikibsə ya sistem donub, ya da ki sistem işləmir.

4. Digər iş yerləri ilə müqayisədə çox paltar seçimin yoxdur.

Məktəb zamanı  bütün şagirdlər  həmin məktəbin müəyyən etdiyi bir paltarı geydiyi kimi,  bankda işləyənlərin də geyimlər bağlı seçimi geniş deyil. Kişi, qadın fərqi yoxdur, əksər hallarda hamı, klassik və daha çox ağ-qara geyinməlidir.

5. Bankda işləməyin ən yaxşı yanı çay, qəhvə həmişə masana gələr.

Bankda çalışmağın ən yaxşı  tərəfi gündə istədiyin qədər çay ya da qəhvə içə bilmək üstünlüyüdür. Onların sənin işlədiyin masa üzərinə də gəlməsi ayrı bir üstünlükdür.  Bir fikirləşin, illərlə holdingdə işləyən mühasibin də belə bir imkanı yoxdur.

6. Elə bil bankı idarə edən sənsən həmişə müştəri bütün şikayətlərini sənə bildirər.

Bilmirsən işini görəsən, yoxsa müştərinin şikayətini dinləyəsən. Bu şikayət haqlı və haqsız ola bilər, amma onn həll yolu bank əməkdaşında deyil axı.

7. Qohumların krediti bankın yox sənin verdiyini düşünməsi.

Barı bunu tanımadığın biri desə, adama təsir etməz. Amma səni tanıyan birinin belə fikirləşməsi də ayrı bir dərddir. O qədər kredit verə bilirəmsə niyə bankda işləyim, biznes qurub məşğul olaram da.

8. Bir bankda hər şeyi bilən mühafizəçidir

Mühafizəçi bankın hər şeyidir. Çoxu onu əhəmiyyətli biri hesab etməz, amma banka daxil olanda sizi  nə etməli olduğunuz haqda o düzgün məlumatlandırar.  Onu bilmədiyi məlumat  ya bankda mövcud deyil, ya da heç kim bilmir.

9. Hər kəsin  işinizin 17:00-da  bitməsini düşünməsi

Bəzi əməliyyatlar var ki, düzü onlar 17:00-dan sonra edilməz. Amma  bankda iş düşündüyünüz kimi 17:00-da yox, ondan bir-iki saat gec bitər.  Təbii ki, bu da digər əməliyyatların sayından asılı  olur.

10. Oturaq iş olduğuna görə kökəlmək riski

Bank əməkdaşlarının çoxu yemək yedikdən sonra günün yarısından çoxunu oturaraq işlədiyinə görə, kökəlmək təhlükəsi onlardan əl çəkmir.  Həm də bank işi fiziki güc tələb etmədiyindən kökəlmək riski ehtimalı daha da yüksək olur.

Xəzər Aslanov, banco.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...