İsveçrə bankları Rusiya hakimiyyətinə yaxın oliqarx Viktor Vekselberqin şəxsi hesablarındakı 1 milyard 17 milyon dolları dondurublar. Virtualaz.org xəbər verir ki, bu haqda biznesmenin sahibi olduğu “Renova” şirkətlər qrupundakı mənbə “Forbes”ə bildirib.
Məlumata görə oliqarxın hüquqşünasları bu qərardan şikayət verməyə və hesabların dondurulmasına görə kompensasiya almağa çalışır. Ancaq jurnalın rəyni soruşduğu ekspertlər Vekselberqin vəkillərinin bu cür məhkəmə iddiaları ilə nəyəsə nail olacağına şübhə edirlər. Bildirilir ki, İsveçrə bankları Vekselberqin ABŞ-ın sanksiyalarının təsiri altında olmasından ehtiyat edərək onun hesablarını bloklayıblar.
Bloklanan hesablar UBS və “Credit Suisse” banklarında, habelə “Julius Baer” adlı nisbətən kiçik kommersiya bankındadır.
Vekselberqə və digər rusiyalı oliqarxlara qarşı sanksiyalar aprelin 6-da tətbiq edilib. Bu sanksiyalar oliqarxlara ciddi problem yaradıb, onların bəziləri ABŞ istehsalı olan şəxsi “Gulfstream” təyyarələri ilə üzülüşməli olublar, bəziləri isə tələsik sahibi olduqları şirkətlərdə paylarını azaldaraq sanksiyaların təsiri altından çıxmağa çalışırlar.
368429 247012I dont believe Ive seen all the angles of this topic the way youve pointed them out. Youre a true star, a rock star man. Youve got so a lot to say and know so much about the subject that I think you must just teach a class about it 652933
704891 946096Ive been absent for a even though, but now I remember why I used to really like this internet site. Thank you, I will try and check back more often. How often you update your internet site? 350282