Hakerlər banklardan 20 milyon dollar oğurladılar

0
631

Meksikada naməlum kibercinayətkarlar iri banklardan 400 milyon peso (20 milyon dollardan çox) oğurlayıblar.

İKT.lent.az-ın “rueconomics.ru” saytına istinadən verdiyi məlumata görə, daha az bəxti gətirən “Banorte” bankı olub. Bu bank birdən-birə 150 milyon pesodan (7,7 milyon dollar) məhrum olub.

Qeyd etmək lazımdır ki, təkcə “Banorte” bankı kiberqarətə məruz qaldığını etiraf edib. Bununla belə, bankdan bildiriblər ki, müştərilərin hesabları toxunulmaz qalıb. Pullar maliyyə müəssisəsinin özünün hesablarından oğurlanıb.

Kiberhücum aprel ayında baş tutub. Cinayətkarları müəyyən etmək mümkün olmayıb.