Hər kəsin sevimlisinə çevrilən “KFC” haqqında heç kimin bilmədiyi 10 fakt

Date:

Paylaş:

KFC hazır qidalar şəbəkəsini ancaq və ancaq çox nüfuzlu “McDonald’s”la müqayisə etmək olar, bəzi ölkələrdə isə o, hətta əsas rəqiblərindən öndədir. KFC, möhtəşəm sousu ilə xüsusi dad alan qızardılmış toyuqları ilə çox məhşurdur və əsl qızardılmış toyuq həvəskarları onlardan dadmaq imkanını əldən vermək istəmirlər.

Bu restoranlar şəbəkəsi amerikalı Harland Sanders tərəfindən təsis edilib. Anası çox işlədiyindən özü özünə yemək bişirməli olan Harland-da kulinariyaya sevgi yaranır və 1930-cu ildən etibarən bu gənc sahibkar tədricən öz arzusunun arxasınca getməyə başlayır. İlk olaraq yanacaq doldurma məntəqəsində bir nəfərlik qəlyanaltı yeməklər yeri açır.

1937-ci illərdə isə Sanders,  “Sanders Court & Café” adlı kiçik mehmanxanası olan yolüstü restoran işlətməyə başlayır. Bura artıq 142 nəfərlik bir məkan idi.

Müştərilərinə güzəşt təklifləri

KFC hər zaman alıcılarının qayğısına qalıb və onlara yaxşı endirimlər edib. Məsələn:

  • Rəsmi saytlarında buraxılan rəyə görə 10%-lik endirim kodu əldə etmək mümkündür. Giriş üçün tələb olunan məlumatlar qəbzdə göstərilir, ona görə də qəbzi saxlamaq lazımdır.
  • Ekskursiyaya yazılmaqla buranın mətbəxi ilə tanış ola, KFC-nin bəzi istehsal sirlərinə yiyələnə və pulsuz nahar şansı qazana bilərsiniz. Bunun üçün saytda müvafiq formanı doldurmaq kifayətdir.
  • Kuponlar və aksiyalar sayəsində yaxşı endirimlər əldə etmək mümkündür. Əsas olansa onların qüvvədə olma vaxtına nəzarət etməkdir, çünki sonra kassada xoşagəlməz vəziyyətlərlə üzləşə bilərsiniz.
  • 10 dəq.-dən çox gözləməli olduğunuzda isə, bunun əvəzində sizə endirim kuponları, dondurma, kiçik porsiya fri-kartof və ya içki təqdim oluna bilər.

  • Həmçinin, oranın “basket” adlanan məxsusi kiçik səbət qablarından porsiya götürməklə illik 30% endirim qazana bilərsiniz. Düzdür, endirim hüququndan yararlanmaq üçün həmin səbəti özünüzlə gətirməlisiniz və o tam zədəsiz saf olmalıdır. 2020-ci ildə KFC sevənlər yeni bir surprizlə qarşılaşıblar. Belə ki, əvvəlki illərin məhz yaşıl Yeni il dizaynlı boş səbətlərini bu il də təqdim etməklə endirim şansı qazanmaq mümkündür.

Qeyd edək ki, 1957-ci ildə qalay materiallı basketlər kartonla olanlarla əvəz olunur.

Əməkdaşlara verilən üstünlüklər

Belə şayiələr gəzir ki, KFC əməkdaşları iş bitəndən sonra qalan yeməkləri evlərinə aparırlar. Amma əslində isə qaydalara görə, istismardan çıxarılan mallar atılır və  işçilərə də KFC-dən kənara yemək çıxarmaq qadağandır. Amma bununla belə əməkdaşlara bəzi güzəştlər mövcuddur və KFC-nin ümumiyyətlə, müxtəlif ölkələrə görə fərqli reqlament qaydaları var. Məsələn, Rusiyada işçilər üçün endirim olmasa da, onların ponçik, içki, kartof və əsas yeməklərdən ibarət məhdud miqdarda pulsuz nahar yeməyi götürmək şansları var. Həmçinin həm öz otaqlarında, həm də geyimlərini dəyişmək şərtilə ümumi zalda da yemək yeyə bilərlər. ABŞ-da isə əməkdaşlar üçün məhsullara 50% endirim var, amma nahar etmək üçün işçi geyimini dəyişib digər adi alıcılar kimi növbəyə dayanmalıdır. Onlara zalda yeməyə icazə yoxdur.

İşçilərə nəzarət və sanitar-gigiyena normaları

Restoranın ayaqyoluna daxil olanda işçilər xüsusi xalat geyinməlidirlər. Amma bu çətin ki, təmizliyə çox həssas olanların xoşuna gəlsin, çünki hamıya tək bir xalat düşür.

Amma burada sərt gigiyena qaydaları da var: menecerlər işçilərin əllərini dirsəklərə qədər yumalarına ( yəqin ki, onların geyim formalarının qollarının qısa olması da məhz buna görədir), yemək hazırlayarkən əllərini saçlarına vurmamalarına nəzarət edirlər. Bundan başqa, saçlar səliqəli şəkildə yığılmalıdır, kişilər isə saqqal üçün olan  xüsusi papaqlardan taxmalıdırlar.

Qaydaları pozan işçiyə töhmət verilir, əllərini vurduqları yeməklər isə atılır.

Menyuda vegetarian məhsullar var

Heyvanların hüquqlarını müdafiə edənlər lap ilk günlərindən bu şirkətin düşmənləri olublar. Amma KFC-nin səxavətli və müdrik rəhbərliyi onları da öz tərəflərinə çəkməyə müvəffəq olur. Belə ki, menyuya süni ətdən hazırlanmış yeməklər daxil edir.

Sirli resept

1940-cı ildə unikal sous resepti hazırlanır və o zamanda bu resept güclü şəkildə sirr olaraq saxlanılır. Məlumdur ki, ona 11 növ ot və ədvalar daxildir, amma sahibkar özü əsas ədviyyat olaraq duz və istiotu qeyd edir. Qalan komponentləri isə, onun dediyinə görə, hər bir aşpazın əlinin altında ola biləcək adi inqredientlərdən ibarətdir. Amma resept həqiqətən də yalnız iki nəfərin aça biləcəyi xüsusi bir seyfdə qorunur və həmin orijinal, əfasnəvi reseptin sirrini qoruyub saxlamaq üçün şirkət hələ də inqredientlər istehsalını iki mərhələyə ayırır və yalnız restoranlara göndərilməzdən əvvəl həmin iki hissələr qarışdırılır, hərçənd buranın peşəkar aşpazları KFC-nin  fastfood-imperiya olduqdan sonra artıq həmin özlərinə məxsus ədviyyatlardan istifadə etmədiklərini deyirlər.

https://www.instagram.com/p/YA1Gv7twrN/?utm_source=ig_embed

Ən çoxətli burger

Bu yemək menyuya 1 aprel zarafatı olaraq daxil olub. Özəlliyi isə ondan ibarət olub ki,  adi kökələri toyuq kotletləri əvəzləyib. Amma ona gələn çoxlu sayda müsbət rəylər rəhbərliyi vadar edib ki, onu əsas yemək kimi artıq menyuya salsın.

Buranın daha bir özəlliyi ondan ibarətdir ki, dadı xoşunuza gəlməyən yeməyi qaytarıb analoji olanı ilə dəyişdirə bilərsiniz. Amma bunu, sifariş etdiyiniz eyni restoranda və birbaşa sifariş günü etmək imkanınız var. İşçilərin isə buna görə sizdən qəbz tələb etmək haqları yoxdur.

Ölkələrə görə fərqli KFC-lər

Ən qeyri-adi KFC restoranları Çində yerləşir: girişdə müştəriləri üz tanıma sistemi ola xüsusi tablo qarşılayır. Burada yaş, cins və əhval-ruhiyyəyə görə müvafiq fərdi menyu öz əksini tapır. Burda təklif edilən menyu xoşunuza gəlməsə öz sifarişinizi edə bilərsiniz. Düyü ilə göbələk salatı isə çin KC-lərinin menyusunun “olmazsa olmaz”ıdır. Şanxayda isə dondurma hazırlayan və xidmət göstərən robot rastınıza çıxa bilər.

KFC yaponlara Yeni ili keçirtməyi öyrədib. Hər il yaponlar qızardılmış toyuq almaq üçün növbələrə düzülürlər. Bu, yerli əhali üçün hardasa, bir ailə ənənəsinə çevrilib. Osakadakı (Yaponiya) restoranlarda isə  “isveç stolu” (bufet) yemək sistemi var, yəni müştərilər saat yarım ərzində istədiklərini seçib yeyə bilərlər.

Hindistan, Pakistan və Misirdə eşitmə və danışma qüsuru olanlar üçün KFC-lər var.

2014-cü ildə ABŞ-da xüsusi olaraq məzunlar üçün qızardılmış toyuqdan 20 dollara qolbağlar buraxılır. Bu yeyilən aksesuar toyuq dubundan və zanbaq buketindən ibarət idi: buketi 5 dollara hədiyyə kartı ilə birlikdə poçtla göndərirdilər, toyuq budunu isə restorandan seçmək lazım idi.

2018-ci ildə isə KFC,  Sevgililər günündə sevgi etirafları ilə olan açıqcalar (zərflər) təqdim edir. Onları ovuşduranda qızardılmış toyuq qoxusu verirdilər.

KFC tarixində ən maraqlı qidalardan biri Zinger sendviçidir. O, 400 il bundan qabaq Yer Kürəsinə düşmüş əsl meteoritdən hazırlanmışdır. Məlumdur ki, həmin burgeri bir qadın, vegetarian olan və artıq sevdiyi yeməyi yeyə bilməyən həyat yoldaşı üçün alıb.

2019-cu ilin 9 aprelində KFC restoranlar şəbəkəsi onun təsisçisi Sandersin yeni virtual gənc obrazını təqdim edir. Bu virtual modellə olan şəkillər şəbəkənin İnstagram hesabında paylaşılır. Onun bədənində “Uğurun sirli resepti” yazılı döymə olur və bu da bir qədər yuxarıda haqqında bəhs etdiyimiz marketinq strategiyası – sirli 11 növ ot və ədvalar reseptinə bir işarə kimi hesab edilir.

https://www.instagram.com/p/BwcbDEkAn2H/?utm_source=ig_embed

Hal-hazırda fastfood məkanların sayı çox olsa da KFC bu seqmentdə, belə demək olarsa ən “qocamanı”dır, belə ki, fəaliyyətə hələ heç biz dünyaya gəlməmişdən də çox-çox əvvəllər başlayıb. Populyarlığını isə, qızardılmış toyuq sevənlərin “ağlını başdan alan” unikal sous resepti və işçilərinin yüksək səviyyəli xidməti sayəsində qoruyub saxlaya bilir. Ümumiyyətlə, yeməklərinin dadına isə təbii ki, söz ola bilməz.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...