Təqsirsiz olduğu halda 23 il həbsdə yatan kişi təzminat aldıqdan sonra zəngin olub.
Bu barədə “Uniland” nəşri xəbər yayıb.
Məlumata görə, ABŞ-ın Kanzas ştatının sakini 17 yaşlı Lomont Makintayr törətmədiyi iki cinayətə görə, ömürlük həbs cəzasına məhkum edilib.
2017-ci ilin oktyabrında Uayandot dairə məhkəməsi işə baxıb və o, azadlığa buraxılıb. 2019-cu ildə 43 yaşlı kişi günahsız yerə həbs olunan məhkumlara pul təzminatı almaq imkanı verən qanuna uyğun olaraq Kanzas ştatına qarşı iddia qaldırıb.
Nəticədə, ötən ayın sonunda Baş Prokurorluq bu işə baxıb və Makintayra 1.5 milyon dollar təzminat ödənilməsi barədə qərar verib.
Ona həm də günahsızlıq şəhadətnaməsi və 2020-2021-ci illərdə güzəşti tibbi yardım üçün dövlət proqramında iştirak etmək icazəsi verilib.
İstintaq materialları və DTN barədə informasiya ləğv ediləcək, o, həyatına təmiz səhifədən başlaya biləcək.