Əsas səhifə Biznes sahələri Texnologiya Hər kəsi dinləmək: “Google”, əlilliyi olan insanlar üçün səsli idərəetmə sistemi yaradır

Hər kəsi dinləmək: “Google”, əlilliyi olan insanlar üçün səsli idərəetmə sistemi yaradır

104
“Google”
“Google”

Səslə idarə olunan sistemlər hal-hazırda bazarda 49 milyard dollar həcmindədirlər. Lakin nitq qüsurlu insanlar üçün səsli komandaya əsaslanan texnologiyalar yaxşı işləyirlər.

Həkim qəbuluna yazılmaq istəyirsiniz? Telefonunuza müraciət edin. Yataq otağının işığını yandırmaq istəyirsiniz? Google Home sizə kömək edəcək.

Səslə idarə olunan sistemlər istehlakçılar arasında çox populyarlıq qazanıb. Bu da ona görədir ki, onların sayəsində gündəlik işləri avtomatlaşdırmaq və asanlaşdırmaq mümkündür.

“Google” “Cəmiyyətə faydalı süni intellekt” proqramı çərçivəsində Project Euphonia layihəsini hazırlayıb. Komanda, yan amiotrofik skleroz (YAS), insult, Parkinson,dağınıq skleroz və ya beyin zədələrinin nəticəsi kimi sinir pozğunluqlarından əziyyət çəkən və ya eşitmə qüsuru olanlar üçün nitqi anlamalarını yaxşılaşdırmanın yollarını araşdırırlar.

“Google”, YAS müalicə İnstitutu və YAS pasientləri üçün Yaşayış layihəsi (ALSRI) qeyri-kommersiya təşkilatları ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq onun üçün nitqin və hərəkət qabiliyyətinin pozulmasına gətirib çıxaran sinir xəstəliyi olan insanların səs nümunələrini əldə etməsini təmin edir.

Səslə idarə edilən sistemlər nevroloji xəstəlikləri olan insanlar üçün gündəlik işlərin yerinə yetirilməsində və digər insanlarla ünsiyyətdə bir açar rolunu oynaya bilər. “ Siz işığı yandıra, musiqi qoşa və ya kiminləsə söhbət edə bilərsiniz. Lakin bu,  texnologiyanın sizin səsinizi tanıyıb tələffüz edə bildiyi halda mümkündür” – deyə, Google AI-nin məhsullar üzrə meneceri Julie Kattou bildirir.

Nitqin tanınması texnologiyası maşın təlimi alqoritmlərindən istifadə edir və bu alqoritmlər məlumatlar üzərindən uzunmüddətli təlimə ehiyac duyurlar. “ Bizdə insanların səsləndirdikləri yüz minlərlə, hətta milyonlarla nümunə yazılar var – biz onları alqoritmlərin təlimi üçün istifadə edirik, – Kattou deyir. – Lakin əlilliyi olanlar üçün bu azdır”.

Bunun əvəzində Project Euphonia çərçivəsində, mütəxəssislər nitq qüsurlu insanların səs nümunələrindən istifadə etməklə, əsas sistemin anlaşılmaz komandaları başa düşməyi öyrənəcəklərinə ümid edir.

Məqsəd, nitq qüsurlu insanlar üçün daha münasib bir texnologiya yaratmaqdır, lakin nəticənin necə olacağı hələ ki məlum deyil.

“Bir çox YAS xəstələri üçün uyğun gələn modellərimiz ola bilər və nəzərə alsaq ki, bu xəstələrin hər biri də fəqli şəkildə danışır, bizə onların hər biri üçün ayrca model təşkil etmək lazım gələcək”- deyə Kattou bildirir.

Google səs tanıma texnologiyası öz geniş məlumat bazası sayəsində hətta nitq qüsuru olmayan insanların da istənilən səs komandasını tanımğa qadirdir. Hələ də onun çətinliklə danışan insanların nitqni nə dərəcədə yaxşı  başa düşəcəyi və onların əmrlərini yerinə yetirəcəyi bilinmir. Yəni Project Euphonia komandası məhdud sayda nümunələrə malikdir və bunlar da konkret sözlər və ya ifadələrdir: “ işığı söndür”, “ kitabı oxu”.

Kattou komandasının on minlərlə yazılı ifadələrinin olmasına baxmayaraq, o bildirir ki, daha yüz min dənə də lazımdır. Elə buna görə də, “Google”-un baş direktoru Sundar Pichai şirkətin illik konfransında layidən danışıb.

“Biz səylə onun üzərində çalışırıq ki, gələcəkdə bu səs tanıma modelləri Google Assistant-da da olsun” – deyə, Sundar bildirib və nitq qüsurlu insanları səsli nümunələr təqdim etməyə çağırıb.

Kattou deyir ki, nitqin pozulması üzrə məlumatlar toplamaq çox çətindir, bu, insanlardan ifadələr yazmağı tələb etmək qədər də asan deyil və hazır məlumatlar bazası da yoxdur.

Project Euphonia-nın daha inqilabi təşəbbüsü, heç danışa bilməyən insanlar üçün yeni interaktiv süni intellekt sistemlərinin işlənib hazırlanmasıdır. Hələ ki, başlanğıc mərhələdə olan bu sistemlər, müəyyən hərəkətlər üçün siqnal olaraq üz ifadələrini, səsləri və jestləri tanımağı öyrənirlər, məsələn, ismarıc mətnlərinin oxunması və ya göndərilməsi.

“Biz bütün insanları əhatə etmək istəyirik – təkcə danışa bilənləri deyil”, Kattou bildirib. Project Euphonia gələcəkdə qüsurlu insanların həyatına ciddi təsir göstərə və onlara sərbəst yaşama azadlığı verə bilər.

Rəy bildir

Please enter your comment!
Please enter your name here