Əsas səhifə Biznes Milyarder «Hər bir uğursuzluq -uğur toxumudur» – Microsoftun həmtəsisçisi Paul Allen artıq...

«Hər bir uğursuzluq -uğur toxumudur» – Microsoftun həmtəsisçisi Paul Allen artıq yoxdur

15 Oktyabrda Microsoftun həmtəsisçisi Paul Allen vəfat etdi . O, 65 yaşında Hodgkin lenfomasından həyatını dəyişdi.

Bill Geyts  50 ildir çox çətin münasibətdə olduğu  yoldaşının  ölümü ilə əlaqədar belə bir şərh edib- «O olmadan, fərdi kompüter olmazdı».

Forbes jurnalı Alleni dünyanın ən zəngin insanların siyahısında 44-cü yerə yerləşdirdi. 21.7 milyard dollarlıq sərvəti o, Geytslə itən dostluğu sayəsində qazanmışdı. Paul Allen həmişə kölgədə qalırdı: Gates marketinqlə məşğul olduğu zaman O, fikirlər ilə məşğul idi. Bu mənada onların əlaqələri Steve Jobs və Steve Wozniak kimi idi.

Gates və Allen uşaqlıqdan bəri dost idilər, Seattle-in ən bahalı məktəbi Lakeside tanış olublar. 1972-ci ildə, hələ orta məktəbdə yuxarı siniflərdə oxuyarkən , Traf-o-Data trafikini  izləmək və təhlil etmək üçün proqram təminatını ixtira etdilər. Gates Harvarda girəndə, Allen evdən uzaqlaşmaq istəmədyini qərar alıb və Vaşinqton Universitetinə müraciət edib. Amma əgər Geytsi çıxardıblarsa, Allen kollecdən özü çıxıb.

MITS şirkətinin Altair 8800 mikrokompüteri üçün BASIC dilinin  yaradılmasının  təşəbbüskarı  Allen idi. Əvvəllər dostlar öz şirkətlərinin adını «Allen və Gates» adlandırmaq istəyirdilər, amma belə adın  texnologiya ilə müqayisədə daha çox hüquqi ofislə əlaqəli olduğunu düşündülər, Allen Micro-Soft variantını təklif etdi (daha sonra sözü birləşik yazmağa  başladılar). Allenin texniki inkişafda daha çox iştirakı olsa da şirkətin səhmləri  Gates lehinə 36% -dən 64% bölündü.

2011-ci il kitabında Allen yazır: «Bizim müvəffəqiyyətlərimizin ardıcıllığı mənim ideyalarımla onun bizneslə məşğul olmaq qabiliyyətinin birləşməsindən yarandı».

Microsoft üzərində işlənildiyi  ilk illər klassik bir startup hekayələrini xatırladır. Geyts «iş ağırlığını» təşkil edirdi – o, Coca-Colanın litrlərlə içirdi və bütün gecə işdə qalırdı, səhərlər isə  Allen onu ofis xalçası üzərində  yatarkən tapırdı. Birlikdə onlar kompleks bir kod üzərində mübarizə aparırdılar, bir neçə saat və gün sərf edə bilirdilər və birdən bir həll tapdıqları zaman, eyni zamanda ürəkdən gülürdülər.

Allen bir gün mühim əməliyyat sisteminin açarlarını kiminsə atdığını və ofisin yanındaki böyük zibil qutusuna  Gatesi  salaraq onları tapımağa çalışdıqlarını xatırlayır (xoşbəxtlikdən, Geyts incə idi və 50 kq-dan çox çəkisi yox idi).

Məhs Allen daha sonra Microsoftu  bazarda əsas oyunçulardan birinə çevirən  mühim müqaviləyə cavabdeh idi. 1980-ci ildə Gates IBM nümayəndələrinə Microsoftun əməliyyat sistemini qabaqcıl PC-lərə quraşdırmaq imkanı verəcəyinə söz verdi. Problemi həll etmək Allenin üzərinə düşdü: Tim Patersonun QDOS əməliyyat sisteminə hüquqların alınmasını təşkil etdi,onu  MS-DOS (ya da Microsoft Disk Operating System) adına dəyişdi və IBM-ə təqdim etdi.

Tədricən yoldaşlar arasında fikir ayrılığı baş qaldırdı və səhmlərin payı getdikcə Allenə ədalətsiz görünürdü. 1982-ci ilin iyun ayında həmkarına məktub yazaraq, əməkdaşların işə götürmə prinsipi  və gələcək strategiya « yavaş-yavaş dostluqlarını məhv etdiyini» bildirdi. Bir neçə aydan sonra Allen Hodgkin lenfoması olduğunu öyrəndi. Müvəffəqiyyətli müalicəsinə baxmayaraq, 1983-cü ildə o, idarədən təqüdə çıxmağı,lakin  idarə heyətində üzv olmağı  qərara aldı.

Acı istehza ilə, Microsoft və onun arasında ki «sevgi hekayəsi»( Allenin öz ifadəsi) Microsoftun birjaya daxil olmağından üç il keçdikdən sonra və PC dünyasında əfsanə olduqdan sonra bitdi. İş adamı iddia edir ki, Geyts onun payını satmasını şiddətlə məsləhət görüb, lakin o, açıq-aşkar rad edib. Şirkətin payı yüksəldikdə  inadkarlıq Alleni bir milyarder etdi.

1994-cü ildə Geyts Allenni toyuna dəvət edib, köhnə tərəfdaşların əlaqəsi olduqca isti idi.

1988-ci ildə Allen Portland Trail Blazers basketbol klubunu 70 milyon dollara satın alıb, 2015-ci ildə o artıq 940 milyon dollar dəyərində idi. Səkkiz il sonra iş adamı, məmləkətindən – Seattle Seahawks-dan uğursuz futbol klubu almağı qərar almışdı. Onun rəhbərliyi altında, komanda Milli Futbol Liqasında ən populyarlardan birinə çevrildi və 2014-cü ildə ilk dəfə olaraq «Super Bowl» qazandı. Forbes görə, bu gün klub 1,33 milyard dollar dəyərindədir.

2009-cu ildə Allenə qeyri-Hodgkin lenfoma diaqnozu qoyuldu. İş adamı kimyaterapiya kursuna girdi və xəstəlik bir tənzimləmə mərhələsinə girdi, Allen yenidən işə başladı. Təşəbbüskar müvəffəqiyyətli bir Vulcan Ventures fondunu idarə edarə  edirdi və xeyriyyəçilik ilə məşğul olurdu, beynin öyrənilməsi üçün institutlar qurdu (iş adamının anası  Alzheimer xəstəliyindən vəfat edib). Bundan əlavə, Allen 30 milyon dollarlıq sərmayə edərək  xarici həyat tərzinin mövcud olmasını öyrənmək üçün Berklidə Kaliforniya Universiteti ilə birgə 42 ədəd peyk-yayının şəbəkəsini qurdu.

Həyatı boyunca iş adamı rəsm əsərlə toplayıb: onun kolleksiyasında Cezanne, Degas, Gauguin, Monet, Manet, Renoir, Turner, Van Gogh, Picasso və Rothko daxil olmaqla, son əsrin ən bahalı rəssamlarının əsərləri var.

Allen döğma yurdu olan  Seattle çox sevirdi. Orada Kompüter Texnologiyası Tarix Muzeyini və Modern Pop Mədəniyyət Muzeyini qurub. Sonuncunu sevimli musiqiçi Jimi Hendrixə həsr etmişdir.

Allen özüdə musiqi ilə məşğul idi: boş zamanlarında bzinesmen “The Underthinkers” qrupunda gitara  çalırdı və 60 yaşındaykən 2013-cü ildə bir albom çıxardı və demək olar ki, bütün mahnılarını özü hazırlamışdı.

Bununla birlikdə, 2017-ci ilin oktyabr ayının əvvəlində Paul Allen, xərçəng xəstəliyinə yenidən yoluxduğunu  bildirdi. İş adamı və xeyriyyəçi bir neçə həftə içində vəfat etdi.

Paul Allendən 5  sitat- həyat, texnologiya və uğurlar haqqında

=Məhz  yer  üzündəki vaxtın məhdud olması səbəbindən, istədiklərimizə və ümid etdiklərimizə  yaxşıca diqqət  yetirməliyik.

=Texnalogilayar insanların başını o qədər qatır ki, onlar həyatdan zövq ala bilmirlər.

=Əgər yalnız  bir sənəd və ya uzun bir e-poçt yazmaq lazım olduğunda kompüter istifadə edirsinizsə  və qalan zaman bir smartfon və ya tablet ilə idarə edirsinizə  deməli, PC tezliklə lazım olmayacaq.

= Hər bir uğursuzluq gələcək uğurun bir toxumdur.

= Nə yaradılmalıdır? Bu, özümə verə biləcəyi ən maraqlı sualdır. Bizdə olmayan nə lazımdır? Potensialımızı necə həyata keçirə bilərik?

Rəy bildir

Please enter your comment!
Please enter your name here