Əsas səhifə Biznes Seçilmiş Həftədə 39 saatdan artıq iş, sizin fiziki və psixiki sağlamlığınız üçün zərərlidir

Həftədə 39 saatdan artıq iş, sizin fiziki və psixiki sağlamlığınız üçün zərərlidir

214
Paylaş

Avstraliyanın Milli Universiteti, Social Science & Medicine elmi jurnalında keçirtdiyi tədqiqatın nəticələrini nəşr etdi.Alimlər müəyyən ediblər ki, uzun bir iş həftəsi (39 saatdan çox) işçinin fiziki və psixiki sağlamlığı üçün çox zərərlidir.

Keçirilmiş tədqiqatda 800 nəfər Avstraliya sakini iştirak edib. Alimlərin sözlərinə görə, Avstraliyada 3 işçidən 2-si həftədə 40 saatdan çox işləyir. Bu, onların sağlamlığına mənfi təsir göstərir.
Tədqiqatçılar hesab edirlər ki, həftədə 39 saatdan çox işləyən insanlar istirahətə, düzgün qidalanmaya və özünə qayğıya vaxt ayıra bilmirlər. “Bu, insanın fiziki və psixiki sağlamlığını sarsıdır”, – onlar deyirlər.
Alimlər hesab edirlər ki, qadınlar işə həftədə 34 saatdan çox vaxt ayırmalı deyillər.