Əsas səhifə Biznes Biznes ideyalar Hədiyyələrin bağlanması və bəzədilməsi biznesi

Hədiyyələrin bağlanması və bəzədilməsi biznesi

315

Hədiyyələrin bağlanması və bəzədilməsi – orta seqmentə daxil olan biznes ideyalardan biridir. Maliyyə vəsaitiniz o qədərdə çox deyilsə, bu biznes-ideyanı nəzərdən keçirməyiniz məqsədəuyğundur. Biznesə başlamaq üçün tələb olunan məbləğ – cəmi 800 AZN-dır.

Biznesin aktuallığı

İl ərzində bayram günlərində öz yaxınlarımıza hədiyyə alaraq, onları sevindirməyə çalışırıq: Yeni il, Sevgililər günü, 23 fevral, 8 Mart, ad günləri və digər bayramlar. Xidmətin bu növünə tələbat olduqca yüksəkdir. Hər birimiz aldığımız hədiyyənin maksimum dərəcədə gözəl görünməsini istəyir.

Hədiyyələrin bağlanması və bəzədilməsi biznesini orta və iri şəhərlərdə qurmağınız məsləhətdir, bu halda auditoriyanız daha geniş və müvafiq olaraq gəliriniz daha yüksək olacaqdır. Böyük şəhərlərdə bu tip xidmətlər təklif edən ticarət nöqtələri adətən ticarət mərkəzlərində, gül salonlarında və hədiyyə mağazalarının yaxınlığında yerləşirlər.

Hədiyyələrin bağlanması və bəzədilməsi biznesinin üstünlükləri:

  • Minimal yatırımlar: bahalı material və ya avadanlıq almalı deyilsiniz
  • Xərclərin az olması: böyük ştat və ya böyük müəssisəni icarəyə götürmək lazım deyil
  • İlkin mərhələdə bütün işləri təkbaşına yerinə yetirə bilmək imkanı
  • İnkişaf perspektivləri. Hədiyyələrin bağlanması və bəzədilməsi biznesini, gələcəkdə hədiyyələr mağazası biznesinə qədər genişləndirə bilərsiniz.
  • Texnoloji prosesin sadəliyi. Hədiyyələrin bağlanması və bəzədilməsi üçün tələb olunan bilik və bacarıqları qısa bir zamanda öyrənə bilərsiniz
  • Rentabellik 300%-a qədər çata bilər

Lakin unutmamalıyıq ki, hər bir biznes-ideyanın mənfi tərəfləri var. Bu biznes də istisna deyil:

  • Mövsümilik. Dekabrdan mart ayına qədər tələbat daha yüksək olur
  • Müştəri bazasının yığılması
  • İri oyunçularla rəqabət
biznes
biznes

Hədiyyələrin bağlanması və bəzədilməsi biznesinin təhlilini aparmaq üçün, aşağıdakı məsələləri həll etməyiniz lazımdır:

  • Rəqiblər, bazarda mövcud təkliflər və qiymətlər haqqında informasiyanın toplanması
  • Auditoriyanızın müəyyən edilməsi və unikal təklifin yaradılması
  • Biznesin yerləşdirəcəyiniz  məkanın müəyyən edilməsi: piyada trafiki, yaxınlıqda rəqiblərin olub-olmaması

Yığdığınız məlumatların əsasında biznes-plan quraraq, biznesinizin perspektivlərini qiymətləndirə bilərsiniz.

Hədiyyələrin bağlanması – emosiyalar üzərində qurulmuş biznesdir

Biznesin perspektivləri kifayət qədər böyükdür, bəs onda niyə ilk baxışdan eyni görünən ticarət nöqtələrinin gəlirləri arasında kəskin fərq var?

Müvəffəqiyyətin sirri budur: siz müştərinin nə istədiyiniz hiss etməlisiniz və bu istəyi  yerinə yetirməlisiniz.

Peşəkarlara müraciət edin. Müəssisənin müvəffəqiyyəti zövq, dizayn vermək və insanlarla tez əlaqə yaratmaq kimi bacarıqlardan birbaşa asılıdır. Xidmətin keyfiyyəti və satış təmsilçisinin konsultasiyası yüksək səviyyədə olmalıdırlar.

Çeşidi geniş edin, lakin burada da həddi aşmaq lazım deyil. Çeşid çox kiçik olduğu halda müştəriniz rəqibinizə üz tutacaq, çeşidin həddindən artıq geniş olması isə müştəriyə seçim etməkdə mane ola bilər.

Seçilin. İşlədiyiniz ticarət mərkəzində rəqibiniz olmasa belə seçilməyə çalışın. Maraqlı təkliflər irəli sürün.

Yerləşməni seçin. Lokasiyanın səhv seçilməsi, biznesin inkişafı üzərində xətt çəkə bilər.

İştirak edin. Hədiyyələrin bağlanması və bəzədilməsi – yaradıcı və diqqət tələb edən biznesdir. İşinizə başlamazdan əvvəl müxtəlif master-klasslarda, təlimlərdə və dərslərdə iştirak etməyiniz məqsədəuyğundur. Əgər sizin şəhərinizdə belə bir kurslar yoxdursa, İnternetdə axtarış edin.

Lokasiyanın axtarışı və seçilməsi

biznes
biznes

Biznesin inkişaf etməsini təmin edən amillərdən biri, lokasiyanın düzgün seçilməsidir. Hədiyyələrin bağlanması biznesi üçün ən ideal yer -məşhur ticarət mərkəzləridir. Lakin burada siz müəyyən problemlərlə üzləşə bilərsiniz. Çox vaxt ən yaxşı yerləri digər sahibkarlar tuturlar, icarə haqqı isə qat-qat yüksək olur.

Ticarət mərkəzindən başqa gül salonu və suvenir mağazası variantlarını nəzərdən keçirə bilərsiniz. Biznesə başlama üçün icarəyə götürdüyünüz otağın 2-4 m2 olsa kifayət edər. Burada kiçik stend, stol və istifadə etdiyiniz materiallar yerləşdiriləcək. İcarə haqqı regiondan asılı olaraq dəyişə bilər.

Lokasiya seçdiyiniz zaman bunlara diqqət etməlisiniz:

  • Rəqiblər. Çalışın rəqiblərdən uzaq məsafədə biznes açasınız.
  • Müştərilərin trafiki. Ticarət nöqtəniz get-gəl çox olan bir yerdə yerləşməlidir. Əks halda reklam xərciniz yüksək olacaqdır.
  • Faydalı qonşuluq. Hədiyyələr, parfümeriya, ev üçün əşyalar və digər bu kimi mağazalar ilə qonşuluq, sizin xeyrinizə olacaqdır.

Tədarükçülərin axtarışı

Lokasiyanı müəyyən etdikdən sonra, materialları alacağınız əsas tədarükçüləri müəyyən etməyiniz lazımdır. İş üçün sizə müxtəlif dizaynda keyfiyyətli kağız və lent lazım olacaqdır. Tədarükçüləri tapmaq üçün müxtəlif İnternet saytları və peşəkar forumlar üzrə axtarış edə bilərsiniz. Bütün şərtləri müzakirə etməyi və topdan satış qiymətini istəməyə utanmayın.

Avadanlığın və materialların alışı

Ticarət nöqtəsinin işini təmin etmək üçün, minimal maliyyə vəsaitinə ehtiyaca var. Avadanlığa gəldikdə satıcı üçün oturacaq, stendlər, vitrinlər, kassa aparatı və bağlama alətləri almağınız kifayət edər. Bütün bunlar sizə təxminən 800-1000 AZN-ə başa gələcək.

Materiallara çəkəcəyiniz xərclər də çox deyil. İlkin mərhələdə 300 AZN-lik alış-veriş bəs edər. Tədricən hansı materiallara tələbatın yüksək və ya aşağı olduğunu özünüz başa düşəcəksiniz.

Bağlamada və dekorda istifadə edəcəyiniz materialları seçərkən, müasir dəb tendensiyasını da nəzərə almağınız vacibdir. Ona görə sizin arsenalınızda qurudulmuş güllər, pambıq lentlər və kraft paketlər olmalıdır.

Xidmətlərin növləri

Sizin əsas təklifiniz – hədiyyələrin bağlanması xidmətidir. Əlavə olaraq təbrik açıqcaları, hava şarları, müxtəlif cür suvenirlər, quru güllərdən hazırlanmış buketlər, hədiyyə qutularını və s. təklif edə bilərsiniz. Tematik hədiyyələr təklif edin! Məsələn, Yeni ildə əsas çeşidə sorma konfetlər, Sevgililər günü isə ürək formasında şokoladlar da əlavə edə bilərsiniz. Hər şey sizin fantaziyanızdan asılıdır.

Korporativ müştəri tapmağa çalışın. Son dövrlərdə korporativ hədiyyələrin tərtib edilməsi aktual olmuşdur. Bu tip sifarişləri yerinə yetirmək üçün firmanın loqosu və korporativ rənglərdən istifadə etməyiniz gərəkdir.

Qiymətin müəyyən edilməsi

Qablaşdırmanın qiyməti materiala çəkilmiş xərclərdən və çəkdiyiniz əziyyətdən toplanır. Çox vaxt hesablamalar aparıldığı zaman, əsas ölçü vahidi kimi istifadə edilmiş rulon kağızı götürülür. Orta hesabla bütöv rulonun qiyməti 2,09 AZN təşkil edir, bir rulon 2-3 hədiyyənin bağlanılması üçün kifayətdir. Ümumi məbləğə istifadə etdiyiniz dekorun qiymətini də əlavə etməyi unutmayın. Bir hədiyyəyə çəkilən xərclər təxminən 1,60 Azn təşkil edir. Bu qiyməti ikiyə vurun və qablaşdırmanın ümumi qiymətini müəyyən edin.

Qiymətləri müəyyən edərkən, rəqiblərinizin müəyyən etdiyi qiymətləri öyrənməyiniz yerinə düşər. Bunu etmək olduqca asandır: müxtəlif ölçülü qutuları götürərək aparıb bağlatdırın.

Dekorun qiymətini dəqiq müəyyənləşdirin, çünki müəyyən hallarda müştəri sizdən qeyri-adi formada qutu, kreativ bəzək əşyaları və s. tələb edə bilər.

İlkin mərhələdə bütün işləri təkbaşına da yerinə yetirə bilərsiniz, sifarişlərin sayı artıqda isə köməkçi götürməyiniz məqsədəuyğundur.

İşçi heyəti

hədiyyə biznesi
hədiyyə biznesi

Satış təmsilçisinə qarşı əsas tələblər:

  • Hədiyyələri bağlamaq və dekor etmək bacarığı
  • Zövqlü olması
  • Kommunikativ, gülərüz
  • Müştərinin istəyini dinləmək və həyata keçirmək bacarığı
  • Məsuliyyətli

Adətən satış təmsilçisi kimi 23-35 yaş arası xanımları işə götürürlər. İşçini işə götürdüyünüz zaman, ona sınaq tapşırığını verin və nəticəni qiymətləndirin. Satıcının əmək haqqı orta hesabla 450-500 AZN təşkil edir.

Gəlirin hesablanması

Biznesin gəlirlərini hesablamaq çətin deyil. Gəlir mövsümdən, daimi müştərilərin sayından və qiymətlərin səviyyəsindən asılıdır. Təcrübə göstərir ki, hədiyyələrin bağlanması və bəzədilməsi biznesi üçün gəlir 500-1300 AZN arasında dəyişir. Unutmayın ki, biznesin bu növü mövsümdən asılıdır. Belə ki, Yeni il bayramı ərəfəsində gəlirin səviyyəsi 4 000 AZN-ə çata bilər.

Reklam

Ən gözəl reklam – sərfəli qonşuluqdur. Biznesin bu növü yüksək gəlirli olmadığına görə, reklama çəkilən xərclər də çox deyil. Hədiyyələrlə birgə müştərilərinizə 5-0% endirim kuponlarını təklif edə bilərsiniz.

Bundan əlavə olaraq, sosial şəbəkələrdə hazır işlərinizi reklam edərək müştəri bazasını xeyli genişləndirmək imkanını əldə etmiş olacaqsınız.

Biznesin riskləri

Biznes-plan tərtib edərkən, riskləri də nəzərə almağı unutmayın. Biznesin bu növü aşağıdakı risklərlə üzləşə bilər:

  • Lokasiyanın səhv seçilməsi. Bu, sifarişlərin sayının az olmasına və nəticədə gəlirlərin aşağı düşməsinə gətirib çıxaracaq.
  • Keyfiyyətsiz iş. Keyfiyyətsiz şəkildə yerinə yetirilmiş sifariş – müştərinin itirilməsi deməkdir. Bu səbəbdən hədiyyələrin bağlanması ilə məşğul olan əməkdaşların seçimində diqqətli olun.
  • Biznesin mövsümiliyi. Dekabr-mart aylarında müşahidə edilən ajiotaj, sizi dəli edə bilər. Lakin bu, il boyu davam etmir. Buna hazır olmaq lazımdır.

Rəqiblərin fəaliyyəti. Hədiyyənin qablaşdırılması – spesifik xidmətdir. Çalışın hər zaman yeni təkliflər hazırlayaraq rəqiblərdən öndə olasınız.

Rəy bildir

Please enter your comment!
Please enter your name here