Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı” yeni redaksiyada təsdiq edilib.
Prezident İlham Əliyevin imzaladığı “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 iyul tarixli 1505 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmanı ilə güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı təsdiq edilib.
Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı:
1. Andorra
2. Anqila
3. Antiqua və Barbuda
4. Aruba
5. Baham adaları
6. Barbados
7. Beliz
8. Bermud
9. Britaniya Vircin adaları
10. Cersi
11. Cəbəlüttariq
12. Dominika
13. Fici
14. Honq-Konq (ÇXR)
15. Kabo Verde
16. Kayman adaları
17. Kuk adaları
18. Qrenada
19. Liberiya
20. Lixtenşteyn
21. Maldiv adaları
22. Marşal adaları
23. Monako
24. Montserrat
25. Niue
26. Palau
27. Panama
28. Samoa
29. Sent Lusiya
30. Sent Vinsent və Qrenadin
31. Sent-Kits və Nevis
32. Tailand
33. Tayvan (ÇXR)
34. Törks və Kaykos adaları
35. Trinidad və Tobaqo
36. Vanuatu
37. Vircin adaları (ABŞ)
Bu siyahı aşağıdakı məqsədlər üçün istifadə olunur:
a) Vergi Məcəlləsinin 125.1.9-cu maddəsində qeyd olunan əlavə 10% ödəmə mənbəyində tutulan verginin tətbiqi;
b) Vergi Məcəlləsinin 14-1-ci maddəsinə əsasən transfer qiyməti məqsədləri üçün idarə olunan əməliyyatların müəyyən edilməsi;
c) Vergi Məcəlləsinin 128-ci maddəsinə əsasən rezidentin güzəştli vergi tutulan ölkələrdən əldə etdiyi gəlirinin vergiyə cəlb olunması.