Cari ilin avqust ayında Gürcüstan xarici turizmdən 390,9 mln. dollar gəlir əldə edib.
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatında deyilir ki, bu, ötən ilin müvafiq ayı ilə müqayisədə 92,9 mln. dollar çoxdur.
Avqust ayında qonşu ölkəyə 1 080 449 nəfər əcnəbi səfər edib. Bu da ötən ilin göstəricisindən 27,4% çoxdur. Turistlərin sayında artım ölkədə mehmanxana və restoran sektorunda 18,5% artıma səbəb olub.
Qeyd edək ki, ötən ay Gürcüstana səfər etmiş əcnəbilərin 220 314 nəfəri Azərbaycan vətəndaşı olub.