Gürcüstanın iş adamları, orta və kiçik sahibkarlıqla məşğul olan bir qrup şəxs bu il may ayının sonunda Bakıya səfər edəcək.
Bu sözləri Avropa İttifaqı – Gürcüstan Biznes Şurasının baş katibi Zviad Çumburidze söyləyib.
O deyib ki, Tbilisidə keçirilən Azərbaycan-Gürcüstan biznes forumu iki ölkənin iş adamları arasında əlaqələrin inkişafı üçün geniş imkanlar yaradıb.
“Tərəflər bundan maksimum istifadə etməlidirlər və iqtisadi əlaqələrimizi daha da genişləndirməliyik”, – deyə Z.Çumburidze vurğulayıb.
Qeyd edək ki, Gürcüstan iş adamlarının Azərbaycana səfəri çərçivəsində AZPROMO-da görüşün keçirilməsi və əməkdaşlıq imkanlarının müzakirə edilməsi nəzərdə tutulub.