Bu il martın 1-nə Gürcüstanın Azərbaycana olan borcu 6,291 milyon ABŞ dollarına bərabər olub.
Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilib.
Martın 1-nə olan məlumata əsasən, aylıq müqayisədə qonşu ölkənin Azərbaycana borcunda 408 min dollar azalma qeydə alınıb.
Gürcüstanın ümumi xarici borcu isə 5 673,599 milyon dollar təşkil edir. Bu məbləğ aylıq müqayisədə 4,161 milyon dollar azalıb. Borcun 5 426,408 milyon ABŞ dolları hökumətin payına düşüb.
Report