Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi 600 min dolları keçib

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi 600 min dolları keçib

36

Bu ilin yanvar-iyul aylarında Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi 600 597,6 min dollar təşkil edib.

Bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Hesabat dövründə Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 8,5%-ə bərabər olub. Azərbaycan Gürcüstanın Türkiyə və Rusiyadan sonra üçüncü ən böyük ticarət tərəfdaşı olub.

Yanvar-iyul aylarında Gürcüstanın Azərbaycana ixracı 266 212,1 min dollar təşkil edib ki, bu da illik müqayisədə 6% çoxdur. Azərbaycan Gürcüstanın ümumi ixracında 12,7% paya sahib olmaqla, Rusiyadan sonra qonşu ölkənin ikinci əsas ixrac tərəfdaşı olub.

Bu ilin ilk yeddi ayında Gürcüstan Azərbaycandan 334 385,5 min dollar dəyərində məhsul idxal edib. İllik müqayisədə Gürcüstanın Azərbaycandan idxalı 1,4% azalıb. Azərbaycanın qonşu ölkənin ümumi idxalındakı payı 6,7% təşkil edib. Bu göstərici ilə Azərbaycan Gürcüstanın Türkiyə, Çin və Rusiyadan sonra dördüncü əsas idxal tərəfdaşı olub.

Hesabat dövründə Gürcüstanın ümumi xarici ticarət dövriyyəsi 7 mlrd 065,3 mln dollar təşkil edib ki, bu da illik müqayisədə 0,2% azdır. İxrac 12,4% artaraq 2 mlrd 102, 2 mln dollar, idxal isə 4,7% azalaraq 4 mlrd 963,1 mln dollar olub.

Rəy bildir

Please enter your comment!
Please enter your name here