Əsas səhifə İnvestisiya Gürcüstanın Azərbaycana borcu azalıb

Gürcüstanın Azərbaycana borcu azalıb

16
Paylaş

Bu il martın 1-nə Gürcüstanın Azərbaycana olan borcu 6,291 milyon ABŞ dollarına bərabər olub.

Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilib.

Martın 1-nə olan məlumata əsasən, aylıq müqayisədə qonşu ölkənin Azərbaycana borcunda 408 min dollar azalma qeydə alınıb.

Gürcüstanın ümumi xarici borcu isə 5 673,599 milyon dollar təşkil edir. Bu məbləğ aylıq müqayisədə 4,161 milyon dollar azalıb. Borcun 5 426,408 milyon ABŞ dolları hökumətin payına düşüb.

Report