Gürcüstanda elektrik avtomobilləri istehsal olunacaq

0
1015

Gürcüstanda xarici şirkətlərlə birgə elektrik avtomobillərinin istehsalına başlanılması planlaşdırılır.

Layihənin dəyəri 5 milyon dollar məbləğində qiymətləndirilir.

Birgə istehsal müəssisəsinin yaradılması ilə bağlı Çin və Almaniya şirkətləri ilə artıq müvafiq memorandum imzalanıb. Hazırda layihənin texniki-iqtisadi əsaslandırılması həyata keçirilir. İlk elektrik avtomobillərin 1,5 il ərzində istehsal olunacağı gözlənilir.

Rustavi şəhəri yaxınlığında yerləşəcək müəssisədə elektrik avtomobilləri yerli, regional və Avropa bazarları üçün dizayn olunacaq.

© APA