Gürcüstana ən çox investisiya yatıran ölkə Azərbaycandır

Date:

Paylaş:

2017-ci ilin birinci yarısında Azərbaycan Gürcüstana 224,2 mln. dollar investisiya yatırmaqla qonşu ölkənin ən iri investoru adını qoruyub.

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycanın qonşu ölkəyə yatırdığı investisiyanın həcmi 20,3% azalıb.

Cari ilin ilk yarısında Gürcüstana yatırılan birbaşa xarici investisiyaların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 5,5% azalaraq 751 mln. dollar təşkil edib.

İkinci rübdə isə Gürcüstana yatırılan birbaşa xarici investisiyaların həcmi 346,6 mln. dollar olub ki, bu da ötən ilin analoji göstəricisindən 14,3% azdır.

Ümumilikdə, Gürcüstan iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların 36,6%-i Azərbaycanın payına düşüb. Azərbaycanla yanaşı Gürcüstana ən çox investisiya yatırmış ölkələrin ilk üçlüyünə Niderland (12,4%) və Türkiyə (11,3%) daxildir.

Qeyd olunan dövrdə qonşu ölkədə ən çox investisiya nəqliyyat və rabitə, tikinti, mehmanxana və restoranlar, energetika və daşınmaz əmlak sektorlarına yönəldilib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...