Gürcüstan vətəndaşlığını necə almaq olar?

Date:

Paylaş:

İstənilən ölkənin vətəndaşı Gürcüstana 6 aylıq giriş icazəsi verən visa ilə daxil ola bilər. Bəs, Gürcüstanda doğulmayan şəxslər bu ölkənin vətəndaşlığını necə ala bilər?

Fins.az bildirir ki, şəxslərin Gürcüstan vətəndaşlığına qəbuluna məhz Gürcüstan Respublikasının prezidenti qərar verir.

Əsas qaydalar isə bunlardır:

  • Adi prosedur
  • Sadələşdirilmiş prosedur
  • Müstəsna hallar
  • Bərpa olunma

Adi qaydada vətəndaşlıq 18 yaşı tamam olmuş şəxslərə aşağıdakı şərtlərlə verilir:

  • Vətəndaşlıq üçün müraciət edilən tarixə qədər qanuni şəkildə və fasiləsiz olaraq 5 il Gürcüstanda yaşamalıdır. Bunu sübut edən sənədlər – Gürcüstan vizası, yaşayış haqqında icazə və ya Gürcüstan dövlət sərhədini keçməsi tarixini təsdiq edən möhür.
  • Gürcü dilini müəyyən edilmiş səviyyədə bilməlidir. Namizdən dil biliyi xüsusi komissiya tərəfindən test üsulu ilə yoxlanılır.
  • Gürcüstan tarixi və qanunvericiliyi barədə zəruri biliklər. Namizədin bilikləri xüsusi komissiya tərəfindən test üsulu ilə yoxlanılır.
  • Gürcüstan Respublikasında işləməli və ya daşınmaz əmlak mülkiyyətçisi hüququ qazanmalıdır. Sahibkarlıq fəaliyyəti göstərməli və Gürcüstanda hər hansı bir şirkətdə səhmlərə malik olmalıdır. *

* Fins.az-ın Gürcüstan Miqrasiya Mərkəzindən əldə etdiyi məlumata görə, əcnəbi şəxsin hansı işlə məşğul olması o qədər də böyük əhəmiyyət daşımır.  Amma arzuediləndir ki, vətəndaşlığa iddia edən uzunömürlü və illik dövriyyəsi yüksək olan bir şirkətdə çalışsın. Həmçinin əmək müqaviləsinin də mövcudluğu da zəruridir. Eləcə də həmin şəxsin aylıq əmək haqqı  500 larini ötməməlidir. Daşınmaz əmlakın qiyməti isə minimum 35 000 lari təşkil etməlidir.

Sadələşdirilmiş qaydada vətəndaşlığın verilməsi isə ailə quran şəxslərlə şamil edilir. Yəni qanuni və ən azı 2 il fasiləsiz olaraq Gürcüstanda yaşayan və həmin ölkənin vətəndaşı ilə ailə quran şəxslər avtomatik şəkildə Gürcüstan vətəndaşlığını əldə edirlər. Amma bu şəxslərdən müəyyən səviyyədə gürcü dili, gürcü tarixi və qanunvericiliyi barədə biliklər tələb olunur.

Xüsusi hallarda əcnəbi şəxsə vətəndaşlığın verilməsi isə həmin şəxsin Gürcüstan dövləti qarşısında müstəsna xidmətləri ilə (elmi ixtira və s.) bağlıdır. Yəni əgər həmin şəxs birbaşa Gürcüstan dövlətinin maraqlarına xidmət edirsə, onda ölkə başçısı həmin şəxsə vətəndaşlıq verə bilər.

Bərpa olunma vasitəsilə Gürcüstan vətəndaşlığının ləğv edilməsi, vətəndaşlığa qanunsuz yolla xitam verilməsi və ya valideynin seçimi ilə vətəndaşlıq itirilərsə, yenidən vətəndaşlıq bərpa oluna bilər. Bunun  üçün vətəndaşlar Public Service Hall-a müraciət etməlidirlər.

Qeyd edək ki, Gürcüstan vətəndaşları 67 ölkəyə vizasız səyahət edə bilər. Lakin Şengen zonası ölkələri bu 67 ölkəyə daxil deyil.

Gürcüstan vətandaşlığının verilməsi üçün xidmət haqqı aşağıdakı kimidir:

80 gün ərzində – pulsuz

30 gün ərzində- 100 GEL (43.31 USD)

20 gün ərzində- 200 GEL (86.62 USD)

10 gün ərzində- 300 GEL (128.77692 USD)

Gürcüstan vətəndaşlığının əldə edilməsi prosesi 3 aydan çox çəkməməlidir.

Gürcüstan vətəndaşı olmağın ən böyük üstünlüyü nədən ibarətdir?

Gürcüstan vətəndaşlarına 28 Avropa ölkəsinə Şengen vizasız giriş imkanı verir. Gürcüstan vətəndaşları  Avropa ölkələrində hər 6 aydan bir 90 gün qalmaq imkanı əldə ediblər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...