Əsas səhifə Startup Günün startupı: əmlakının qismən alınması üçün Unmortgage xidməti

Günün startupı: əmlakının qismən alınması üçün Unmortgage xidməti

460
Paylaş

İstifadəçi mənzilin bir hissəsini alır,digər hissəsini isə startup  ödəyir. Sonra müştəri icarə haqqının mütanasib payını ödəyir

İnsanlar getdikcə evləri və mənzilləri satın almaq yerinə icarəyə götürürlər. Jurnalistlər millenialların xüsusi psixologiyası olduğunu yazırlar, onlar əmlak sahibi olmağı  və uzunmüddətli maliyyə məqsədlərini sevmirlər. İngilis startupı Unmortgage, işin fərqli olduğuna inanır: Londonda daşınmaz əmlakın qiymətləri maaşların yüksəlməsindən daha sürətli yüksəlir, insanlar bu səbəbdən satın ala bilmirlər, ona görə də mənzilləri icarəyə götütürlər və ya valideynləri ilə  yaşamaq məcburiyyətində qalırlar.

Sartup müştərilərə qismən alış təklif edir. İnsan xəyalındaki evi seçir və topladığı məbləğ  yalnız 5%-na kifayət edərsə müəyyən payı satın alır. Qalan hissəsini Umortgage (95% -ə qədər) ödəyir. Bu, birgə mülkiyyət kimi tərtib olunur, heç kimin heç kimə borcu olmur,ipoteka yoxdur.

Bundan sonra, evi alan  şəxs  evdə yaşamaq üçün startupa rentanın mütənasib payını ödəyir. Bu məzənnə alınmadan əvvəl müəyyən edilir və inflyasiya dərəcəsi ilə artır. İngilis reallıqlarını başa düşdüyümə görə, belə bir yanaşma icarəçi üçün xeyirli olur, adətən icarə haqqı daha tez artır, amma Unmortgage vəziyyət dəyişirsə, bazar qiymətinə uyğun yenidən hesablama vəd edir.

İstənilən vaxt müştəri evin bir hissəsini satın ala bilər, kirayəni azalda bilər. Zaman zaman startup əmlakın dəyərini yenidən hesablayır, sonra isə ödəniş artıq yeni qiymət ilə aparılır. Şərtlərin etibarlılığı öhdəliklərin simmetriyası ilə təmin edilir: Müştəri həmişə eyni qiymətləndirmə metodundan olan Unmortgage satma hüququna malikdir.

Satartupın sxeminə kənardan baxanda, klassik icarə biznsesinə bənzəyir: o, daşınmaz əmlakı alır və kirayə verir. Teoriya olaraq, satış kiraçının sadiqliyini təmin edir, o, evi tez tərk etməyəcək,ev az boş qalacaq və çətinliklər daha az olacaq-bu da durduq yerə  əlavə mənfəətdir. Startup-ın praktikada necə işləyəcəyi hələ ki məlum deyil, , ilk ciddi dövrü üçun 10 milyon funtu iki ay əvvəl cəlb edib.