Günün startapı: Guesty mənzil kirayəsi saytında elan yerləşdirmək üçün platforma

Date:

Paylaş:

Dərhal, təkcə “Airbnb”-də deyil bütün meydanlarda elan yerləşdirməyi təklif edir, kalendarları sinxronlaşdırır, “ağıllı” alqoritmlər isə sorğudan və fəsildən asılı olaraq mənzilin qiymətini dəyişirlər.

Biznesin nəhəgləri yeni bazarlar təşkil edir, sahələri alt-üst çevirir və istehlakçıların  davranışını dəyişirlər. Piranlar onları izləyir və astaca onların müştəriləri üçün nəyisə sadələşdirir və ya yaxşılaşdırırlar.

İsrailin “Guesty” startapı sanki “Airbnb”-nin çiynində əla bir cırtdan nümunəsidir. Təbii ki, maliyyələşmə və qiymət baxımından o hələ ki çox kiçikdir, Rusiyada bu rəqəmlərlə o vençur sənayenin ən yaxşı nümunəsi ola bilərdi.

Startap bir günlük mənzil kirayəsi sahibkarlarının işini asanlaşdırır. İlk böyük funksionallıq bloku reklam-marketinqdir. “Guesty” eyni vaxtda bütün meydanlarda elan yerləşdirir, kalendarları sinxronlaşdırır və mənzilləri “overbooking” dən qoruyur. Çağrı mərkəzi potensial qonaqlarn suallarını anındaca cavablandırır və bu da birbaşa konversiyanı yaxşılaşdırır və guya “Airbnb”-ni yüksək yerdə tutur. “Guesty” avtomatik olaraq mənzillər üçün bron və ödənişlə mini-sayt təşkil edir.

Kiminsə onu təsadüfən ilk tapmasına inanmaq çətindir, lakin baş çəkmə üçün o, hər iki tərəfə münasib və rahat ola bilər, aqreqatlar komissiyasını heç kim sevmir.

“Guesty”-nin ikinci xidmətlər toplusu əməkdaşların avtomatlaşdırılmasıdır. Startap müştərilərə xüsusiləşdirilmiş mobil tapşırıq-izləyicisi paylayır. Sistem hər otaq sifarişinə, məsələn, dəsmalı dəyişmək, açarları götürmək kimi tapşırıqlar qoyur, əməkdaşlar isə onlar yerinə yetirildikcə işarə ilə bunu qeyd edirlər.

Marketinqlə müqayisədə üstünlüyü minimaldır, lakin niyə də o olmasın – sanki tort üzərində albalı kimi. Siyahıda “offline” xidmətlər yoxdur, “Guesty” bütün dünya üzrə mənzillərlə işləyir. Yeganə məhdudiyyət dillə bağlıdır. Çağrı mərkəzi yalnız ingilis dilində, şərti olaraq,  Renn və Penzada bu, qonaqlara yaramır.

Startapdan gəlir əldə etmə – otaq sifarişinin dəyərindən çıxan faizlədir, 3% ətrafında dövr edir, lakin hər müştəriyə görə fərqlidir. Mart raundunda “Guesty” 45 milyon dollar investisiya cəlb etdi.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...