Gülnarə Kərimova 1.2 milyonluq sərvətindən imtina etdi

Date:

Paylaş:

Gülnarə Kərimova sosial şəbəkədə açıqlaması ilə gündəmə gəlib.

Özbəkistanın keçmiş Prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova ölkəsindəki 1.2 milyonluq sərvətinin artıq dövlət büdcəsinə keçdiyini bildirib.

O, xarici ölkədəki yatırımlarını geri almaq üçün çalışdığını qeyd edib.

Son dövrlər çox dəyişdiyini bildirən G.Kərimova “Xalqımdan və məni başa düşən bütün insanlardan üzr istəyirəm” sözlərini yazıb.

O, ölkəsi üçün xidmət etməyə hər zaman hazır olduğunu qeyd edib.

Xatırladaq ki, G.Kərimova 2017-ci ildə Özbəkistan məhkəməsi tərəfindən rüşvət, dələduzluq, ticarət və gömrük qaydalarını pozmaqda ittiham olunub. Ona beş il ev dustaqlığı cəzası verilib.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...