Əsas səhifə Biznes Biznes ideyalar Gül mağazasını necə açmaq olar

Gül mağazasını necə açmaq olar

1674
Paylaş

Nədən başlamaq lazımdır

Gül biznesi, orta seqmentdə ən gəlirli biznes növündən biridir. Burada əsas məsələ onu düzgün təşkil etmək və bir sıra nüanslarda baş açmaqdır. Kiçik biznes çox da gəlirli olmur, lakin gələcəkdə biznesin genişləndirilməsi üçün əla başlanğıc ola bilər. Biznesə yatırılan pulu itirməmək üçün bu biznesin qurulması məsələsinə daha ətraflı nəzər yetirək. İlk növbədə ticarət müəssisəsini müəyyən etməyimiz vacibdir. Bu ola bilər:

  • 60-80 m2 sahəyə malik salon və ya mağaza
  • 8-20 m2 sahəyə malik köşk
  • 10-25 m2 sahəyə malik ticarət və ya əyləncə mərkəzində yer

Əgər əlinizdə kifayət qədər vəsait varsa, bir başa mağazaya sərmayə qoymağınız tövsiyə olunur. Mağaza əlverişli yerdə qoyulsa, aylıq gəliriniz 2,580 AZN-dək ola bilər. Bu halda kiçik ticarət köşkü isə 1500 AZN-dən artıq gəlir vermir. Burada aparıcı amil satılan malın kəmiyyəti deyil, salonun statusu və qiymətlərdir.

Adətən köşklər öz fəaliyyətini yalnız kəsilmiş güllərdən buketlərin hazırlanmasına yönəldir. Gül mağazası isə öz müştərisinə digər xidmətlər də təklif edə bilər: məkanların bəzədilməsi, sərgilərin keçirilməsi, sifarişlə gül buketinin hazırlanması, ev bitkilərinin satışı və s. Bundan əlavə olaraq nəzərə almaq lazımdır ki, imkanlı müştəri gül almaq məqsədi ilə heç vaxt kiçik bir köşkə getməz.

Sərmayələrin həcmi

Gül salonunu açmağa qərar verdikdən sonra, öz maliyyə imkanınızı analiz edin. Yaxşı olar ki, avadanlıq üzərində qənaət etməyəsiniz. Əgər qənaət etmək istəyirsinizsə, ekzotik gül növlərinə deyil, daha geniş istifadə olunan güllərə üstünlük verə bilərsiniz. Eyni zamanda, siz, güllərin yetişdirilməsi ilə məşğul olan şirkətlərlə əməkdaşlıq edə bilərsiniz. Bu da xərcləri azalda bilər.

Bir qədər sonra isə artıq Hollandiyadan tədarükü nizamlaya bilərsiniz. İlkin sərmayələr aşağıdakı kimi olacaq:

  • Yer icarəsi – 1,000 AZN
  • Təmir işləri – 5,000 AZN
  • Avadanlıq – 3,000 AZN
  • Kassa aparatı – 500 AZN
  • Güllər və digər mallar – 5,000 AZN
  • Reklam  – 1,000 AZN

Cəmi: 15,500 AZN

Kiçik bir köşk açsanız, xərciniz ümumi məbləğin 30%-i təşkil edəcək. Ticarət mərkəzində və ya əyləncə mərkəzində isə ticarət nöqtəsinin açılması, nisbətən baha başa gəlməsinə baxmayaraq, kifayət qədər gəlirli olmaq ehtimalıda çoxdur. Azərbaycanda ticarət mərkəzləri az olduğundan, burada yer götürməkdə olduqca çətindir.

Təlimat

Gül mağazasını açmaq üçün, ilk növbədə həmin sahə haqqında ətraflı məlumat öyrənmək lazımdır: tədarükçülər, şərtlər, vaxt, rəqiblərin mövcudluğu və onların çeşidi. Yaxşı olar ki, mağazanız rəqiblərin yaxınlığında olmasın. İki oxşar salon arasındakı məsafə iki kvartaldan az olmamalıdır.

Təmir işləri

İcarəyə götürdüyünüz yeri, rəqabəti və tədarükçünü müəyyən etdikdən sonra, biznesinizi tərtib etməyə başlaya bilərsiniz. Əgər kifayət qədər maliyyə vəsaitiniz varsa, müəssisəni birbaşa almağınız tövsiyə olunur. İcarə – daha qənaətli variantdır.

Müəssisənin daxili görünüşü səliqəli, gözəl, və zövqlü olmalıdır. Dekor, şüşələr, güzgülər, avizələr və işıqlandırma sistemini seçərkən qənaət etməyin.  Eyni zamanda, salonun daxilində havanın temperaturunu nizamlayan iqlim-nəzarətçisi sistemini quraşdırılmasını  da nəzərə almaq lazımdır.

Gül salonu üçün avadanlıqlar

  • Rəflər, vitrinlər
  • Stendlər
  • İş masaları
  • Vedrələr, konteynerlər, güldanlar
  • İşıq qutusu, işıqlandırma sistemi
  • Soyuducu avadanlığı
  • Kəsmə üçün müxtəlif alətlər

 Çeşidin müəyyən edilməsi

İlk başlarda nadir və ekzotik gülləri almağınız tövsiyə olunmur, daha sadə gül növündən istifadə edin:

  • qızılgüllər
  • qərənfillər
  • xrizantem
  • çobanyastığı
  • orxideya
  • irislər
  • qiasintlər

Dekorasiya üçün Ambrella, Asparaqus və Nefrolepis və digər əlavələrdən istifadə edə bilərsiniz. Buraya müxtəlif lentlər, folqa, səbətlər, dibçəklər, güldanlar və s. əlavə edirik. Tədarükçü qismində yerli və xarici istehsalçılar seçilir.

İşçi heyətinin işə götürülməsi

Gül salonu biznesini qurmaq üçün iki satıcı, bir florist, xadimə və administratora ehtiyacınız olacaq. Bir müddət administratoru özünüz əvəz edə bilərsiniz. Onun öhdəliklərinə zənglərin qəbul edilməsi daxildir. Satıcıların əmək haqqı 250-500 AZN, xadimənin 200 AZN cuvarında olacaq (gündəlik adətən 10 AZN).

Məkan

Mağazanın yerləşəcəyi binanın seçimi, o qədər də asan iş deyil. Burada bir sıra nüanslar mütləq qaydada nəzərə alınmalıdır. Bina seçərkən ya burada yaşayan sakinlərin sayını, ya da gəl-gedin çox olmasını əsas götürmək lazımdır.

Eyni zamanda, mağazanın əlverişli yerdə olması da vacib amillərdən biridir. Əvvəlcədən avtomobil yolları və pulsuz dayanacaq kimi məqamlara diqqət yetirin. Çox güman ki, mağazanın yaxınlığındakı ərazini də təmir etməyiniz gərək olacaq: plitka döşəmək, rahat pilləkənlər quraşdırmaq, qazon əkmək və s. Mağazanın qabağındakı bitkilər mükəmməl görünüşə malik olmalıdır, bu sizin vizit kartınızdır.

“Check list” – atacağınız addımların ardıcıl siyahısı

  • Rayonlar üzrə bazarın araşdırılması
  • Əmtəə və xidmətlərin səviyyəsinin müəyyən edilməsi
  • Gül mağazasının məkanının seçilməsi
  • Tədarükçünün axtarışı
  • Sənədləşmə
  • Müəssisənin icarəyə götürülməsi və alınması
  • Təmir işləri
  • Kommunikasiya yollarının çəkilməsi və ya təmir edilməsi
  • Yaxın ərazilərin abadlaşdırılması
  • İqlim-sistemini almaq və ya təmir etmək
  • Kassa aparatının əldə edilməsi
  • Reklam layihələrinin işə salınması
  • İşçi heyətinin təyin edilməsi
  • Korporativ qaydaların işçilərlə müzakirə edilməsi
  • İş qrafikinin tərtib edilməsi
  • Güllərin alınması
  • Vitrinlərin və ticarət zalının tərtib edilməsi
  • Mağazanın açılması

Bu biznes sərfəlidirmi?

Gül sənayesi kifayət qədər gəlirlidir, lakin burada rəqabətin səviyyəsi olduqca yüksəkdir. Xərclər:

  • Otaq icarəsi -1000 AZN
  • İşçilərin əmək haqqı – 500 AZN
  • Kommunikasiya ödənişləri – 200 AZN
  • Güllərin və digər malların alınması – 5000 AZN
  • Vergilər – 100 AZN
  • Əlavə xərclər – 300 AZN

Orta hesabla ayda götürdüyünüz mənfəət 3000 AZN təşkil edəcək. Bayram günlərində gəlir 2-3 dəfə çox olur.

Əlavə gəlir

Mağazanızda gül buketlərinə əlavə oyuncaqla, suvenirlər və açıqcalar əlavə edə bilərsiniz. Bu, sizin üçün əlavə gəlir mənbəyi ola bilər. Gəlirin artırılması üçün istifadə edə biləcəyiniz vasitələr:

  • əlavə malların satışı (suvenir, açıqca və s.)
  • floristik kompozisiyalarının tərtib edilməsi
  • müxtəlif mərasimlərin təşkili
  • internet sayt vasitəsilə satışların həyata keçirilməsi
  • sərgilər, konkurslar və s.

Şəxsi saytın yaradılması da əlavə xərc tələb edir (hosting, domenin alınması, kontent və s.). Nəzərə alın ki, bu sahədə rəqabət yüksəkdir.