Güclü təklifin təməli

Date:

Paylaş:

Yaxşı təklif üç elementdən ibarətdir:

1. Müştərinin ehtiyaclarına cavab verən bir məhsul və ya xidmətin mövqeləndirilməsi.

2. Satış zamanı yaranan etiraz və qorxuların aradan qaldırılması.

3. CTA call to action (hərəkət çağırışı), müəyyən bir aksiya üçün çağırışdır – istək yaratmağa yönəlik, çağırışa yönəlik, mobil əlavə, kataloq yüklənilməsinə yönəlik, satın almağa yönəlik və s.

Məhsulun mövqeləndirilməsi

İlk tətbiq etməzdən əvvəl, kimə xidmət göstərdiyinizi dəqiq qərar verməlisiniz. Hədəf kütləniz kimdir? Sonra prosedur yerinə yetirmək üçün niş bazarı müəyyən olunmalıdır..

Məsələn: Deyək ki, fransız dili kurslarını satırsınız.

Əgər siz hər kəs kimi sadəcə “fransız dili kursları” başlığı altında internet, sosial şəbəkədə kurs satırsınızsa o zaman siz “qırmızı okean”a düşürsünüz. Bura isə bir-birindən fərqi olmayan “rəqiblər”lə doludur.

Bu yüksək qiymətli, standart formatlı “kurslar”, sərt rəqabət qarşısında satışı təhlükə altına atır və hər kəs üçün itkiyə çevrilir.

Qarşınızda duran məsələ – Niş bazarını daraltmaqdır

Kurslarınızın hədəf kütləsini dəqiqləşdirin. Məsələn səyahət etmək istəyənlər üçün və ya biznes danışıqları aparmaq istəyənlər üçün, uşaqlar üçün və ya vaxt çatışmazlığıolanlar üçün dil kurslarınızı satın. Siz mavi okeana düşdüyünüz zaman dərhal dəqiq müəyyən etdiyiniz hədəf kütlənizin diqqətini kursunuzun üzərinə çəkmiş olursunuz. Axı sizin kursunuzu seçəcək şəxs o halda onu seçəcək ki, təklifiniz onun problemini həll etmiş olsun: sadəcə 20 dəqiqə ayırmaqla dili öyrətsin, səyahət və biznes görüşlərində özünü əmin hiss etsin. Vacib deyil təkcə 1 auditoriya ilə çalışasınız bu 3-5 sayda müxtəlif hədəf kütləsi də ola bilər. Əsas odur dəqiq və uyğun kütlə olsun.

Hansı prinsiplərə uyğun mövqeylənmə aparılır

Nümunə.

Yaş həddi: Uşaqlar, təqaüdçülər, 30 yaşınadək qızlar və s.

Region

Müəyyən ərazidə yaşayan şəxslər.

Problemlərin səviyyəsi

Borcda olanlar, qapalılıqdan yorulanlar, müəyyən xəstəliyi olan, dil bilməməyi kompleks edənlər və s.

Ailə vəziyyəti

Evli və ya subaylar

Fəaliyyət istiqaməti

Sahibkarlar, evdar qadınlar, tələbələr və s.

Biznesin növləri İnşaat sektoru, neft sektoru, gözəllik sektoru və s. Mövqelənmə istənilən parametrlərlə aparıla bilər. Ən əhəmiyyətlisi odur ki, siz təklifinizlə hədəflədiyiniz qrupun problemini həll etmək iqtidarındasınız. Məsələn, sahibkarın şirkətində biznes proseslərin sistemləşdirilməsi və bütün maliyyə uçotunun aparılması. Gənc analara, ekoloji təmiz materiallardan hazırlanan oyuncaqların faydaları haqda danışmaq və s.

İsazadə Səbuhi

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...