Bu, onun ilk kommersiya layihəsidir.
“Gucci” öz iOS tətbiqinə belarus startapı Wannaby-nin texnologiyasını daxil edib, belə ki, o, reallıqda ayaqqabı geyinib yoxlamaq imkanını yaradır. Bu barədə Wannaby nümayəndəsi vc.ru-ya bildirib.
“Gucci”-nin bu tətbiqində Ace kolleksiyasından olan krassovkaları geyinib yoxlamaq olar. Bunun üçün istədiyiniz ayaqqabini seçib kameranı ayağınıza tərəf yönləndirmək lazım gəlir. Tətbiqdən yalnız şəbəkədə aktiv olmaqla istifadə etmək mümkündür – o, brendin saytı ilə əlaqəlidir ki, istifadəçilər ayaqqabını geyinib yoxladıqdan sonra dərhal sifarişi təsdiq edə bilsinlər.

Wannaby qeyd edir ki, bu startap üçün ilk kommersiya tərəfdaşlığıdır. “Gucci” ilə əməkdaşlıq şərtlərini şirkət açıqlamır.
2018-ci ilin sonunda Wannaby, krassovkaları virtual geyinmə tətbiqi olan Wanna Kicks-i təqdim edib. Həmin vaxt startap nümayəndələri bildirmişdılər ki, yeni texnologiya artıq alınmış ayaqqabının geri qaytarılma hallarının sayını azaldacaq.
2018-ci iln mayında Wannaby startapı “Bulba Ventures” və “Haxus” investisiya şirkətlərindən 2 milyon dollar cəlb edib. Şirkət həmçinin, dırnaq boyası çəkib yoxlamaq üçün Wanna Nails AR-tətbiqi və bəzək əşyaları taxıb yoxlamaq üçün Wanna Jewelery xidməti üzərində işləyir.