Əsas səhifə Biznes Biznes məqalələri Güc zəiflikdədir: əsl liderlərin gizli bacarığı

Güc zəiflikdədir: əsl liderlərin gizli bacarığı

203
Paylaş

Bugün haqqında danışacağımız şəxs Forbes-in köşə yazarı, sahibkar Brian Scudamore-dur. O, adi bir başçıdan necə liderə çevrilmək qabiliyyətindən bəhs edib.

Belə bir bacarığa CEO-ların çoxu malik deyil. Bəs siz necə? Adıçəkilən sahibkar tərəddüd və səhvlərin ona milyardlıq biznes qurmaqda necə kömək etdiyindən danışıb.

“Sən qovuldun!” – bu, ABŞ prezidenti Donald Trampın şah kəlməsidir. Bu sözləri eşidəndə həmişə diksinirəm. Onun pozası belə bunu deyir: “ Sən məğlubsan”. Trampa görə o hər zaman qalibdir. Səhvlərdə həmişə başqa kimsə də günahkardır. Məğlubiyyətsə nəinki pisdir, həm də çox acıdır.

Mənim bir neçə xidmət şirkətləri qurmaqdan əldə etdiyim təcrübə isə biznesi idarə etməyin digər yollarını göstərir: zəiflik göstərin. Səhvlərinizi etiraf edin. Əməkdaşlarınız da bilməlidirlər ki, risklər və məğlubiyyətlər qaçılmazdır. Və elə onlar da uğura, sahədə dəyişiklik edə biləcək şirkətlərə doğru aparır.

“Zəiflik mədəniyyəti” rəhbərdən başlamalıdır

Səhvlərinizi etiraf etməkdən başlayın. Bunu etməsəniz biznesdəki problemləri həll edə bilməyəcəksiniz. Mən 2008-ci ildə necə sürətlə inkişaf etdiyimizi xatırlayıram və biz bu sürəti idarə etmək üçün icraçı direktor tutmalı olduq. Mənə belə bir insanı axtarmaqda tələsməməyi məsləhət gördülər, amma özümün başqa planlarım vardı.

Biz tez bir zamanda namizəd tapdıq – Fortune 500 siyahısından 6 min mağazaya və 30 min adama rəhbərlik edən şirkət prezidenti. Onun təcrübəsini nəzərə alaraq, tərəddüd etmədən işə götürdüm. Təəssüf ki, tezliklə bəlli oldu ki, o, bizim korporativ mədəniyyətimizə uyğun gəlmir və biznesdə problemlər başladı. Amma müqavilədə elə böyük bir kompensasiya yazılmışdı ki, qovulmaq şirkətimizə baha başa gələ bilərdi.

Mən yeni rəhbəri problemlərdə günahlandıra bilərdim. Amma öz idarəedici komandama üz tutub onlardan üzr istədim. Bu ağrılı hal mənim üçün əsl təcrübə oldu – dərhal işə götürmək və tez bir zamanda qovmaq.

Bu səhvdən sonra biz artıq yeni icraedici direktor seçərkən tələsməmək qərarına gəldik. Uyğun birisini tapmaq üçün bütün ölkəni neçə dəfə gəzdiyimi artıq xatırlamıram, amma müqavilə imzalayanda da artıq həmin şəxsin düzgün biri olduğuna dəqiq əmin idik. Onun rəhbərliyi altında portfelimizə (O2E Brands) daha üç şirkət əlavə etdik.

“Zəifliyin sehri” ilə bağlı nümunələrə bir çox aparıcı şirkətlərdə rast gəlmək mümkündür. Starbucks-ın rəhbəri Howard Schultz bu yaxınlarda min əməkdaşın kütləvi qovulmasına görə üzr istəyəndə az qala ağlamışdı. Hisslərini və təvazökarlığını bildirməklə Schultz komandasına göstərdi ki, Starbucks-da işçiləri düşünürlər.

Risk mədəniyyəti

Bu da rəhbərdən başlamalıdır, amma bu kifayət etmir. Təşkilatınızda insanlar üçün risklərə və məğlubiyyətə görə ayrılan məkanlar olmalıdır. Bizim şirkətdə “Məğlubiyyətə hazır” adlı xüsusi otaq var.  Bu bizim fəlsəfəmizdir. Rəqabətli sahələrdə riskə getmək normaldır.  İnkişaf yeni bir şey sınaqdan keçirib-keçirməməyinizə bağlıdır. Amma bütün yeniliklər də uğurlu olmayacaq – bunu dəqiqdir.

Cəsarətli, qəribə, hətta ən ağlasığmaz ideyalar bu “Məğlubiyyətə hazır” adlı otaqda yaranıb. Onlardan bəziləri heç bir nəticə verməsə də, bəziləri çox uğurlu olublar. Məsələn, biz bu fəlsəfəni yürütməsəydik Avstraliya bazarına çıxmayacaq və plan qurmayacaqdıq – 1 mlrd. dollar gəlir əldə etmək.

Zəifliyi gündəlik proseslərdə də tətbiq edə bilərik. Hər səhər biz bütün şirkəti 7 dəqiqəlik yığıncağa toplayırıq. Yaxşı xəbərlərdən bəhs edirik, amma düzəltməli olduğumuz ən ağrılı problemləri də birbaşa və açıq şəkildə söyləyirik.

Bunlar kiçik və böyük problemlər ola bilər; həmin toplantı – onları bölüşmək və ilkin çıxış yolu tapmaq üçün açıq meydançadır. Məsələn, beş il bundan qabaq bizim ən uğurlu franşizalarımızdan biri bütün əməkdaşların qabağında məndən soruşdu: “Əminsiniz ki, şirkəti yeni səviyyəyə çatdıra biləcək həmin o CEO sizsiniz?”

Təbii ki, bu mənə pis təsir etdi. Amma ciddi şəkildə düşündürdü. Mənim böyük planlarım vardı, nəsə yeni birşey etmək istəyirdim, amma şirkətin gündəlik əməliyyatlarının idarə olunmasında və sürətli inkişaf strategiyasının hazırlanmasında bir o qədər də təcrübəm yox idi. Bu problemdən yayınmaq əvəzinə mən icraedici direktor işə götürmək və idarəçiliyi digər birisi ilə bölüşmək qərarına gəldim. Mənim həvəsim və həmkarım Eric Church-ın rəhbərliyə olan diqqəti şirkətimizin yolunu dəyişdi. İndi mən verilmiş həmin o suala görə minnətdarlıq hissi duyuram!

İstəsəniz, əlbəttə ki, Trampı təqlid edə və qaliblərlə aranıza möhkəm divar hörə bilərsiniz. Amma, siz, hərçənd, Tramp bunu heç vaxt başa düşməyəcək, unutmayın ki, güc elə zəif tərəflərimizdədir və açıq məğlubiyyət yeni maraqlı başlanğıclara apara bilər. “Məğlubiyyətlərə hazır” qaydası bütün təşkilata yayılanda əməkdaşlar ən gözlənilməz nəticələr göstərməyə başlayacaqlar.