The Guardian nəşriyyatı Berlin küçələrində şüşəli “SOS” qutuları yerləşdirib. Onların içərisinə Guardian Weekly qəzetinin pulsuz həftəlik nəşr nümunələri qoyulub. Hər qutuda müxtəlif tələb məzmunlu yazı qeydləri var: məsələn, “haqsızlıqla üzləşəndə şüşəni sındırın”. Bu sıraya təkcə, haqszılıq deyil, rüşvətxorluq, iqlim dəyişikliyi və digər hallar da daxildir.
“İdeya ondan ibarətdir ki, siz şüşəni sındırıb jurnalı oxuyursunuz və fatklardan xəbərdar olursunuz” – Guardian agentliyinin kreativ direktoru şərh edib. Kampaniyanı qəzetin Oliver adlı reklam agentliyi hazırlayıb.
Qəzet bu eksperimetin köməyilə digər ölkələrdən olan oxuyucularının sayını artırmaq istəyir. “Biz Avropada böyük uğur qazanmışıq və ona görə də istəyirik görək, heç bir nəğd pul olmadan şöhrəti artıra bilərikmi” – Guardian-ın brend üzrə direktoru deyib.