“GUAM-a üzv ölkələrin gömrük orqanlarının blokçeyn texnologiyalarının tətbiqi ilə bağlı əməkdaşlığına dair razılıq əldə olunub”.
“Bizplus.az” xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin beynəlxalq məsələlər üzrə müşaviri və mətbuat katibi İrakli Çikovani bildirib.
Onun sözlərinə görə, bu, təşkilatda təmsil olunan ölkələr arasında azad ticarət aparmasına imkan yaradacaq vahid iqtisadi zonanın yaradılması istiqamətində irəliyə atılan addımdır:
“Gürcüstan üçün bu, prioritet istiqamətdir. Bizim bir sıra dövlətlərlə azad ticarət rejimimiz var və bu, bizim üçün vacib məsələdir”.