Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri “Grand Motors”un cəriməsi ləğv edildi

“Grand Motors”un cəriməsi ləğv edildi

22

Binəqədi Rayon Məhkəməsi “Grand Motors” MMC-nin inzibati qaydada cərimələnməsi barədə qərar çıxarıb. Məhkəmənin 10 sentyabr 2019-cu il tarixli qərarından “Grand Motors” MMC tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılılıb və qərarın icrasına xitam verilmişdir.

Şirkət Maliyyə Bazarlarına Nəzarət Palatasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsinə əsasən tərtib etdiyi protokola cərimə edilib. Qeyd edək ki, İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyəti nəzərdə tutur.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Rəy bildir

Please enter your comment!
Please enter your name here