Əsas səhifə Məqalələr Marketinq “Grand Hayat” MTK da cərimələndi

“Grand Hayat” MTK da cərimələndi

80
Paylaş

Bakı Apellyasiya Məhkəməsində “Grand Hayat” MTK-nın inzibati qaydada cərimə edilməsi barədə qərardan verilən şikayətə baxılıb.

Hakim İlqar Murquzov “Grand Hayat”ın şikayətini təmin etməyib və şirkətin 1500 manat cərimə edilməsi barədə Yasamal Rayon Məhkəməsinin qərarını dəyişdirmədən saxlayıb.

Qeyd edək ki, məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə təqsirli bilib.

“Yeni Hayat” Şirkətlər Qrupunun layihələrindən olan “Grand Hayat” Tbilisi prospektində yerləşən 24 yaşayış mərtəbəsi və 1920 mənzili olan 10 təkbloklu binadan ibarət yaşayış kompleksidir.

Xatırladaq ki, “Yeni Hayat” Şirkətlər Qrupunun layihələrinə “Yeni Hayat Residence”, “Yeni Hayat Plaza”, “Azure Kompleksi” və s. layihələr daxildir.