Gözlənilən Nokia X71 smartfonu təqdim olunub

Date:

Paylaş:

    Bir neçə gün bundan öncəki anonsdan sonra HMD Global şirkəti Tayvanda Nokia X71 smartfon modelini təqdim etdi. Sözügedən smartfon şüşə materialdan hazırlanmış korpusa, 8 nüvəli prosessora, təkmilləşdirilmiş üçlü arxa kameraya və sürətli enerji yığma texnologiyasına sahibdir. Nokia X71-in fərqləndirici özəlliklərindən biri də odur ki, smartfon ekranının üzərində heç bir çıxıntı hissə yoxdur.

    Beləliklə Nokia X71 modeli 19.3:9 nisbətli Full HD+ keyfiyyətli 6.39 düym IPS ekrana sahibdir. Smartfon ekranının ətrafındakı çərçivələr maksimal dəırəcədə nazik olduqlarından ekran ön panelin 93%-ni əhatə edir. Ekran üzərində çıxıntı hissə yoxdur. Buna görə də smartfonun ön kamerası ekranın yuxarı sol hissəsində yerləşir və bir növ yeni Galaxy smartfonlarının ön kameralarını xatırladır.

    Əsas texniki göstəricilərə gəldikdə isə Nokia X71 smartfonu 8 nüvəli Snapdragon 660 prosessoru, Adreno 512qrafik sürətləndirici, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi (256 GB-a kimi microSD dəstəkli), 48 MP (f/1.8 diafraqmalı) + 8 MP (120 dərəcəlik bucaq təsvirli kamera modulu) + 5 MP (f/2.4 diafraqmalı) üçlü arxa kamera (ZEISS markalı), 16 MP-lik (f/2.0 diafraqmalı) ön kamera, 18 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 3500 mAh enerji tutumlu batareya, USB Type-C girişi və 3.5 mm-lik audiogiriş ilə təchiz olunub. Nokia X71 smartfonu Tayvan bazarında aprel ayında 388$ qiymətində satışa çıxacaq. Smartfonun qlobal versiyasının adı, texniki göstəriciləri və satış tarixi barəsində məlumatlar isə bir qədər sonra veriləcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...