Əsas səhifə Startup “Google”un Humu startapı ilə bütün işçilər xoşbəxt olacaqlar

“Google”un Humu startapı ilə bütün işçilər xoşbəxt olacaqlar

38
Paylaş

“Google”un şəxsi heyət üzrə keçmiş direktorunun yaratdığı Humu startapı süni zəka alqoritmlərindən istifadə edərək əməkdaşlara işin mahiyyətini anlamaqda və ondan zövq almaqda kömək edir. Bunun üçün süni zəka  işçiləri davranışlarında kiçik dəyişikliklər etməyə çağırmaqla onlara yardımçı olur.

Süni zəka mütəmadi olaraq əməkdaşların xoşbəxtlik səviyyəsi ilə bağlı məlumatlar toplayır. İşçilər özləri testdəki suallara cavab vrirlər və onları emala göndərirlər. Əgər alqoritm mənfiyə doğru dəyişiklik qeydə alarsa işçiyə ismarıc gələcək və orada ona işdə rəftarında bir azca dəyişiklik etməsinin vacibliyi bildiriləcək.

Belə göndərişlər təkcə işçilərə deyil rəhbərlərə də gələcək. Məsələn, bütün əməkdaşlardan əldə etdiyi məlumatların əsasında süni zəka Humu startapının CEO-suna məsləhət görüb ki, “sənin niyə bu qərarı qəbul etdiyini açıq-aşkar təqdim etsin”.

Alqoritm işçilərdən heç vaxt böyük dəyişikliklər etmələrini tələb etmir. Bundan başqa, onun  məqsədi hər bir işçinin həyatını daha da yaxşılaşdırmaq naminə kollektiv qarşlıqlı fəaliyyəti təmin etməkdir. Yəni, həm kollektiv özü düzgün qurulsun, həm də işçilər özlərini xoşbəxt hiss etsinlər.

Startapın yaradıcısı bildirib ki, insanın davranışlarını dəyişmək çətindir: “ Onlar bundan məyus ola bilərlər. Amma insanlara bunun ətrafında sadəcə təkan verməklə onların hqiqətən də dəyişmələrinə nail ola bilərik”.