Google şirkəti barmaq izi vasitəsilə daxil olmanı öz parollar messencerinə əlavə edib. Gələcəkdə belə bir sistemi korporasiyanın digər veb-xidmətlərinə də əlavə etməyi düşünürlər.
Ekspertlər standart loqin və parol kombinasiyası metodunu qeyri-effektiv hesab edirlər.
Yeni sistemdə isə Google, parola ehtiyac duymur. Girişi Android 7.0 smartfonlarında və daha yeni versiyalarda Google Chrome brauzeri vasitəsilə həyata keçirmək mümkündür. İstifadəçi adi blikdan çıxarma metodunu tətbiq edə bilər. Daxil olarkən, brauzer əməliyyat sistemindən qrafiki açar və ya barmaq izi yolu ilə şəxsiyyəti təsdiqləməni tələb edir. Açar daxil edildikdən və ya barmaqla toxunulduqdan sonra sistem brauzerə şəxsi məlumatları deyil yalnız barmaq izinin və ya qrafiki açarın yaddaşda saxlananla üst-üstə düşməsini təsdiqləyir. Bundan sonra brauzer bu barədə məlumatları sayta ötürür.