“Google”da hər ay 500 milyon insan mədəniyyətlə bağlı axtarış edir

Date:

Paylaş:

Dünyanın ən böyük axtarış sistemi olan “Google”da hər ay 500 milyon insan mədəniyyət sahəsi ilə maraqlanır.

Bu barədə Afrika, Latın Amerikası, Yaxın Şərq, Rusiya və MDB ölkələri üzrə “Google”un Strateji Layihələr şöbəsinin müdiri Dona Raz Levi xəbər verib.

“Bütün dünya üzrə hər ay 500 milyon insan mədəniyyətlə bağlı axtarış edir və bu sahəyə olan maraq durmadan artır”, – deyə şöbə müdiri bildirib.

Sonra şirkətin nümayəndəsi Ermitaj, Tretyakov Qalereyası, Luvr kimi böyük beynəlxalq muzeylərin uğurla rəqəmsallaşdırılmasından, korporasiyanın xidmətlərində Rusiya ədəbiyyatının tanıdılmasından danışıb.

“Biz, həmçinin online oxu zallarını inkişaf etdiririk. Lev Tolstoyun “Anna Karenina” əsərindən başladıq, nəticədə bu əsərin satışı bütün dünyada 40 faiz artdı”, – deyə o əlavə edib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...